200 nəfər gözümün qabağında öldü - Erməni əsgərdən şok

200 nəfər gözümün qabağında öldü - Erməni əsgərdən şokErməni əsgər düşmən cəbhəsində baş verənlərlə bağlı rus müxbirlərə danışıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, "Novaya Qazeta"nın müxbirləri işğal olunmuş Qarabağ bölgəsinə səfər edib və yerli sakinlər və hərbçilərlə söhbətləşiblər.

Qondarma rejimin "andiçmə mərasimi"nin keçirildiyi Şuşa Mədəniyyət Evinin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsinin təfərrüatları məlum olub.

Yerli sakinlərin sözlərinə görə, hadisə zamanı binada 300 adamın iştirakı ilə yüksək çinli zabitlərin yığıncağı keçirilirmiş. Hərbçilər iz azdırmaq üçün xidməti müşavirəni mülki obyektdə keçirsələr də, "görünür, agentlər Azərbaycan tərəfə bu barədə məlumat sızdırıblar" və binaya raket zərbələri endirilib. Qondarma rejimin vəzifəliləri arasında xeyli ölən və yaralananlar olub.

Artur Ohannisyan adlı könüllü əsgərlə söhbət zamanı isə məlum olub ki, düşmən 18 yaşlı təcrübəsiz gənclərin əlinə avtomat verib cəbhəyə yollasa da, onları normal qaydada patronla, zirehli jiletlə də tam təmin edə bilmir. Zirehli texnika, tank çatışmazlığı var. Yemək üçün 4 kilometr atəş riskli zonadan keçmək lazım gəlir.

Cəbrayılın Azərbaycan tərəfindən işğaldan azad olunması barədə erməni əsgəri "yuxarılar"da satqınlar olduğunu bildirir və bu işdə onları günahlandırır:

"Elə mənim gözümün qabağında 200 nəfər öldü, orada itki minlərlədir. Belə davam etsə, azərbaycanlılar lap Ermənistanın içinə qədər irəliləyə bilərlər".

Laçında da ərzaq dükanı sahibi və mülki əhalidən bir neçə nəfərlə olan söhbətlərdən Qarabağdakı insanların savaş və gələcək haqda ümidsiz olduqları aydın sezilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər