Sizin Reklam Burada

Paşinyan Rusiya liderini qıcıqlandırırdı - MHP sədri

Paşinyan Rusiya liderini qıcıqlandırırdı - MHP sədri Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Putindən Ermənistanı məyus edəcək açıqlamanın gəlməsi gözlənilən idi. Çünki Nikol Paşinyanın eyni vaxtda "iki stulda oturmaq" cəhdləri Kremli heç cürə qane edə bilməzdi. Rəsmi İrəvanın son dövrlərdə açıq-aşkar rusofob və Qərbyönümlü siyasət yürütməsi Rusiya liderini qıcıqlandırırdı. Odur ki, indi Paşinyan necə deyərlər, nə əkibsə onu da biçir.

Ermənistanın Baş nazirinin mövcud siyasətini Rusiyaya qarşı nankorluq kimi dəyərləndirən Vladimir Putin hazırki situasiyada neytral mövqe nümayiş etdirməyə üstünlük verib. Belə ki, Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişəsi zonasındakı son vəziyyəti şərh edərkən birmənalı şəkildə bildirib ki, "Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır".

Putinin bu açıqlamasının Ermənistanın siyasi kurallarında və erməni ictimaiyyətində necə hiddətlə və məyusluqla qarşılanacağını təsəvvür etmək olar. Lakin ötən aylarda Rusiya bayrağını yandıran, Moskvanın siyasətinə qarşı çılğın şüarlar səsləndirən ermənilərin indi də Rusiyadan imdad diləməsi həqiqətən də absurddur.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər