Sizin Reklam Burada

Ermənistan təhlükəli oyun oynayır - Sekuta

Ermənistan təhlükəli oyun oynayır - SekutaABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə hücumunu pisləyib.

Axar.az xəbər verir ki, bu barədə səfir “Anastasiya Lavrina ilə qlobal diskussiya" verilişinin efirində danışıb.

O bildirib ki, Gəncə Dağlıq Qarabağın bir hissəsi deyil və işğal olunmuş ərazi sayılmır:

“Bu, eskalasiya və ya münaqişənin böyüməsi cəhdidir. Gəncə təsadüfi seçilməyib. Həmkarlarımla bir neçə boru kəmərinin keçdiyi Gəncə dəhlizinin əhəmiyyəti barədə tez-tez danışırıq. Strateji baxımdan, bir neçə ölkənin enerji təhlükəsizliyi üçün çox vacib bir bölgədir. Ermənistan üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir ki, bu da öz növbəsində vəziyyəti dəyişəcək. Bu təhlükəli bir oyundur”.

Səfirin sözlərinə görə, digər tərəflərin cəlb edilməsi münaqişəni Avropaya doğru və hətta daha geniş və qlobal şəkildə genişləndirə bilər:

“Qaydalara əsaslanan sistem istədiyimiz barışı əldə etməyimizə həqiqətən kömək edə bilər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri birlikdə işləmək üçün bir yol tapmalı və hər iki tərəfi danışıqlar masasına gətirməlidirlər. Və bu dəfə danışıqlar naminə danışıqlar deyil, danışıqlar vasitəsilə həll yolu tapılmalıdır. Eyni şeyi təkrarlamaqdansa, bir çıxış yolu tapmağa çalışmaq lazımdır. ATƏT-in Minsk Qrupu bitərəf qalmamalı, ölkələrin irəliləməsi üçün bir yol tapmasına kömək etməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər