Ermənilərin Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf almasına XİN-dən REAKSİYA
Ermənistan silahlı qüvvələri Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmağa cəhd göstərib”.
Avrasiya.net-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin tvitter hesabında bildirilir.
"Artıq erməni siyasi rəhbərliyinin bölgədə yaratdığı təhlükəsizlik risklərinə laqeydlik göstərilməməlidir", - paylaşımda deyilir.
Qeyd edək ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.