Sizin Reklam Burada

"Xalqımız tarixin ən şərəfli anlarını yaşayır" - MHP sədri

"Xalqımız tarixin ən şərəfli anlarını yaşayır" - MHP sədriƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Əminəm ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr tarixli müraciəti haqqında bundan sonra da hələ çox danışacağıq. Bu çıxış həqiqətən də möhtəşəm çıxış idi, tarixi çıxış idi. Səhərisi günü az qala bütün ölkə bu çıxış haqqında danışırdı. Mən onun müraciətinin cəmiyyət tərəfindən necə böyük rəğbət hissilə qarşılandığını müşahidə etdim. Çünki Prezidentin, Ali Baş Komandanın bu çıxışı hamının ürəyindən tikan çıxarmışdı. Çıxış həm də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbəri ilə üst-üstə
düşdüyünə görə ikiqat təsir gücü qazanmışdı. Prezident də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi xəbərini xüsusi sevinc hissi ilə xalqa çatdırdı.

Mən Prezidentin gözlərində işıq, simasında Qələbə əzmi gördüm. Onun tezliklə böyük Qələbəni qazanacağımıza inamı sözlərinə də yansımışdı: “Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı
bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq. Cəbrayıl şəhərinin və
Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir”.

Ali Baş Komandanımız əldə edilən qələbələrdə Azərbaycan əsgərinin rolunu və qəhrəmanlığını xüsusi qeyd elədi. O bildirdi ki, Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal
iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır və məhz onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb. İlham Əliyev hərbçilərimizin qəhrəmanlığı ilə bağlı bu fikirləri qalib Ali Baş
Komandan kimi dilə gətirdi və bu tarixi anı hamı – dostlarımız da, düşmənlərimiz də gördü.

Yeri gəlmişkən, Prezidentin özü də bunun fərqindədir ki, bu günlərdə Azərbaycanın şanlı tarixi yazılır. Bu tarixi Ordumuz, Ali Baş Komandanımız və Xalqımız birlikdə yazır. İlham Əliyevin də qeyd etdiyi kimi bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır və Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib.

Fikir verdinizsə, Prezidentin bu çıxışında dərin bir əminlik hiss olunurdu. O, xüsusi əminlik hissilə vurğuladı ki,”Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə olan erməni cəhdlərinə son qoyulacaqdır”. Bəli, bubelə də olacaq. Bütün xalq da bu həqiqətə inanır. Əldə edilən qələbələr də bunu deməyə əsas verir. Artıq Azərbaycan xalqının həsrətinə son qoyulur. Çünki düşmən bizə başqa yol qoymadı. Ermənistan tərəfi öz xoşuyla, sülh yoluyla torpaqlarımızı qaytarmaq istəmədi. Odur ki, son sözü Şanlı Ordumuz deməli oldu.
Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaq və bütün torpaqlarımız qaytarılacaqdır.

Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır və verilən dərslərdən Ermənistan nəticə çıxartmalı, təxribatlardan əl çəkməlidir. Prezident əvvəllər də bir neçə dəfə Ordumuz tərəfindən ermənilərə dərs verildiyini, lakin düşmənin bu dərslərdən düzgün nəticə çıxarmadığını vurğuladı. Lakin bu dəfəki dərsin Ermənistanın hərbi-siyasi rəhbərliyinə çox baha başa gəldiyi şəksizdir. Prezident də bu məqamı qeyd etdi və Ermənistanın Baş nazirinin indi əl-ayağa düşüb atəşkəs üçün yalvardığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanı təcavüzkarlıqda ittiham edən qüvvələrə də açıq mesaj verdi və bildirdi ki, “Azərbaycan işğalçı ölkə deyil, başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb.
Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir”. Bizim bu istəyimizə qeyri-qanuni heç nə yoxdur. Bu bizim təbii haqqımızdır. Beynəlxalq hüquq da bu haqqımızı tanıyır.

İlham Əliyev öz çıxışında indiyə qədər aparılan danışıqıarın səmərəsizliyini, mənasızlığını da ayrıca qeyd etdi. Aparılan danışıqlar həqiqətən də öz səmərəsizliyi ilə diqqəti cəlb edir və bu danışıqların
məqsədyönlü şəkildə təyin olunmuş formatı da indiyə qədər faktiki olaraq münaqişənin dondurulmasına, status-kvonun qorunub saxlanmasına xidmət edib. Prezident açıq şəkildə bildirdi ki,
Azərbaycan xalqının ümidləri ilə çox namərdcəsinə oynanılıb: ”Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Lakin xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar”. Bəs əldə edilən nəticə nədən ibarətdir? Ortada sadəcə boşa çıxmış 30 illik quru ümidlərdən başqa heç nə yoxdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 ilə yaxındır ki, kağız üzərindədir və indi yenidən atəşkəsdən dəm vururlar. Bizi növbəti dəfə atəşkəsə məcbur etmək istəyirlər. Çalışırlar ki, yenə də qeyri-müəyyən müddətdə davam edəcək yalançı “sülh danışıqları” ilə uzun müddət başımızı qatsınlar. Lakin Azərbaycan bundan sonra mənasız danışıqlarda iştirak etməyəcəkdir. Cənab Prezident bunu birmənalı şəkildə vurğuladı. Eyni zamanda qeyd etdi ki, əlbəttə, biz də sülh istəyirik, biz müharibə tərəfdarı deyilik. Lakin sülh danışıqlarının konkret predmeti olmalıdır, məğzi olmalıdır.

Atəşkəsin bərpası və sülh danışıqlarının davam etdirilməsi üçün əvvəlcə torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır. Yalnız işğal edilmiş torpaqlarımızdan erməni silahlı qüvvələrinin çıxarılmasının konkret cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər. Və hələ bu da
son deyil. Əgər Ermənistan tərəfi atəşkəsin bərpa olunmasını istəyirsə, Ermənistanın avantürist Baş naziri Azərbaycan xalqından üzr istəməlidir. Prezidentimiz bu məsələdə olduqca prinsipial mövqe tutur. Bu düzgün mövqedir və biz də Prezidentimizin bu mövqeyini təqdir edirik. Azərbaycan rəhbərliyi dəfələrləbəyan edib ki, bizim cəmi bir şərtimiz var: Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil. Əks halda, heç bir atəşkəsdən və sülh danışıqlarından söhbət belə gedə bilməz. Odur ki, İlham Əliyevin də bildirdiyi kimi indi Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır.

Prezidentin xalqımıza müraciətində həm Paşinyanın haqqında , həm Qarabağdakı qondarma rejimin “rəhbəri” Araik Arutyunyan haqqında, həm də Ordumuzun şiddətli əks-hücum zərbələri qarşısında tam
gətirməyib silahını, bayrağını atıb qaçan erməni əsgərləri haqqında sadə xalq dilində, xalq deyimləri ilə səsləndirdiyi fikirlər də hamımızın ürəyincə oldu. O, diqqəti erməni xislətinin mahiyyətcə qorxaq olduğuna yönəldərək qondarma rejimin “başçı”sının qorxaqlıq edərək siçan kimi qaçıb gizləndiyini bildirdi. Prezidentin qeyd etdiyi kimi biz göstərdik ki, kim kimdir:”Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”.

Artıq bundan sonra təhrik niyyətli erməni siyasəti işləməyəcək. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlament”inin Şuşaya köçürülməsi kimi cəfəng fikirləri ortaya atmaqla Azərbaycan
xalqını təhqir etmək cəhdlərinin qarşısı qətiyyətlə alınır və alınacaqdır. Prezident də xalqa müraciətində qeyd etdi ki, “bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir”.

Yeri gəlmişkən, bugünlərdə Şanlı Ordumuz Xankəndində Araik Arutyunyanın “andiçmə mərasimi”nin keçirildiyi binanı da artıq darmadağın edib.

Bəli, indi Ordumuz cəbhədə, hərb meydanında xariqələr göstərir, Ali Baş Komandanımız da öz çıxışları ilə əsl döyüş, mübarizə nümunəsini ortaya qoyur. Mən dövlət başçımızın mübarizə əzmini, qətiyyətini yüksək qiymətləndirir və bir daha hər kəsi Ali Baş Komandamızın ətrafında sıx birləşməyə çağırıram!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər