Ermənilər döyüş mövqelərini qoyub qaçır - Müdafiə Nazirliyi
Dərc olunub:
5-10-2020, 18:44
"Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb".
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyiməlumat yayıb.
"Alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb".