Sizin Reklam Burada

Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir - MHP sədri

Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir - MHP sədriƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bu gün Azərbaycanın ikinci böyük şəhəri, strateji əhəmiyyətli tarixi paytaxtı Gəncə şəhərinin və eləcə də Beyləqanın, Tərtərin Ermənistan tərəfindən güclü artilleriya atəşinə tutulması və kütləvi raket zərbələrinə məruz qalmasını qətiyyətlə pisləyir və bunu insanlığa qarşı cinayət hesab edirik. Çünki məhz Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa göstərişi ilə məqsədyönlü şəkildə həyata keçirilmiş bu atəş və zərbələr nəticəsində dinc əhali arasında ölən və xəsarət alanlar var, eləcə də çoxlu sayda mülki obyektlərə ziyan dəyib.

Xüsusən də münaqişə zonasından və Ermənistan sərhədindən xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriya vasitələri ilə atəşə tutulması heç bir bəşəri prinsiplərə və hüquqi normalara sığmır. Ermənistan rəhbərliyi bu cinayətkar addımı atmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarını, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud surətdə pozub və buna görə məsuliyyət daşıyır.

Biz hesab edirik ki, qeyri-müharibə zonasındakı şəhərlərimizə və mülki əhalimizə qarşı bu cür vəhşi davranışına görə Ermənistan Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir. BMT rəhbərliyi və ATƏT-in Minsk Qrupu dinc əhalimizə qarşı törədilən bu amansız hərbi cinayətə qarşı sərt münasibət bildirməli və buna beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verməlidir. Artıq "ikili standartlar" siyasətindən əl çəkməyin vaxtı gəlib çatıb. Dünyaya, bütün insanlığa meydan oxuyan Ermənistanın terrorçu-faşist davranışları cəzasız qalmamalıdır!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər