Sizin Reklam Burada

Makron son günlər nə üçün belə əl-ayağa düşüb, niyə narahatdır?

Makron son günlər nə üçün belə əl-ayağa düşüb, niyə narahatdır?Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Deyəsən, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskinləşməsindən, sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin növbəti təxribatına qarşı Azərbaycan tərəfinin əks-hücuma keçməsindən sonra Fransa prezidenti Emmanuel Makronun yadına düşüb ki, onun ölkəsi məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizama salınması məqsədi ilə yaradılan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Xeyir ola, cənab Makron son günlər nə üçün belə əl-ayağa düşüb, niyə narahatdır?

Bəs indiyə qədər harda idi, niyə bu qədər narahat olmurdu? Məgər 27 sentyabrdan əvvəl, necə deyərlər, dünyanın dinc vaxtında Makron Rusiya prezidentinə zəng vurub Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edə və real çözüm yolları axtara bilməzdimi? Niyə məhz indi zəng vurur?

Çünki münaqişənin yenidən alovlanması və genişmiqyaslı hərbi əməliyyatlar müstəvisinə keçmə perspektivləri Makronun maraqlarına cavab vermir. Fransa prezidenti real vasitəçilik etmək və işğalçı ölkəni sakitləşdirmək, cilovlamaq və işğalçılığa son qoymağa çağırmaq əvəzinə, bütün vasitələrlə Ermənistanı "sudan quru çıxarmağa", Azərbaycanın isə öz qanuni torpaqlarını azad etmək, ərazi bütövlüyünü bərpa etmək təşəbüsünü əngəlləməyə çalışır. Bu, Fransa prezidenti tərəfindən nümayiş
etdirilən növbəti riyakarlıq və "ikili standartlar" nümunəsidir.

Axı tərəfləri (işğalçı ölkə ilə işğala məruz qalan ölkəni) eyniləşdirmək və hər iki ölkəni təcili sürətdə atəşkəsi bərpa etməyə, gərginliyi azaltmağa və maksimum təmkinli olmağa çağırmaq həmsədr ölkənin liderinə yaraşan hərəkət deyil. Necə yəni Dağlıq Qarabağ böhranının siyasi və diplomatik metodlarla
həllinin alternativi yoxdur? Bəs sizin bu "siyasi və diplomatik metodlar"la həll yolunuz nə üçün indiyə
qədər məsələnin həllinə və torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxarmayıb? Nədən Azərbaycan xalqını 30 ildir boş və mənasız vasitəçilik siyasətinizlə gözlətmisiniz? Ali Baş Komandanı mizin qətiyyətli mövqeyi və Ordumuzun döyüş əzmi nəyə görə sizi bu qədər narahat edir? Və nəhayət,
görəsən, Fransa nə zaman Qarabağ məsələsində ədalətli mövqe tutacaq?

Biz Fransadan haqqın, ədalətin yanında yer almasını, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın səsini, harayını eşitməsini gözləyirik. Mən özüm də bir məcburi köçkün kimi şəxsən cənab Makrondan heç olmasa, bir dəfə vicdanının səsini dinləməsini istəyirəm. Siyasi manipulyasiyalara, hiylələrə əl atıb işğalçı Ermənistanı dəstəkləmək çox asandır, cənab Makron. Hünəriniz və insafınız varsa, biz azərbaycanlı məcburi köçkünlərin haqqını müdafiə edin və yurd yerlərimizi işğal altında saxlayan
Ermənistan hakimiyyətinə " işğala son!" sözünü deyin. Deyə bilmirsinizsə, o zaman siyasi və diplomatik
gedişlərinizlə, manevrlərinizlə suyu bulandırmayın və başımızı qatmayın!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər