Sizin Reklam Burada

300 terrorçu Qarabağa bu cür gəldi – Təfərrüat

300 terrorçu Qarabağa bu cür gəldi – TəfərrüatPKK terror təşkilatının Suriya qolu olan YPG-də erməni əslli yaraqlıların təşkil etdiyi “tabor” Qəndildəki terrorçularla bir araya gəlib.

Axar.az Türkiyənin “A Haber” media qurumuna istinadan xəbər verir ki, sivil geyimdə Göyçə gölü ətrafındakı Basarkeçər hərbi düşərgəsinə gələn 300 terrorçu burada erməni ordusuna məxsus hərbi formalar geyinərək ağır silah ilə təchiz edildikdən sonra Azərbaycan Ordusuna qarşı döyüşmək üçün cəbhəyə göndəriliblər.

Qəndil ilə Ermənistan arasında koordinasiyanı PKK/KJK cütlüyünün ən yüksək səlahiyyətli şəxsi olan “Sözlər Avesta” kod adlı Nuriyə Kesbir təmin edir.

Türk kəşfiyyat bölmələrinin əldə etdiyi ilkin məlumatlarına görə, YPG sıralarında 2017-ci ildə öldürülən TKP/ML, TİKKO terror təşkilatının Yaxın Şərq komandiri olaraq tanınan erməni əslli “Nübar Ozanyan” kod adlı Orxan Bakırçıyanın adının verildiyi taborda yer alan terrorçular Suriyanın Qamışlı bölgəsindən İraqın şimalına keçib.

Burada PKK-nın Qəndil kadr üzvləri ilə görüşən terrorçular Ermənistanın Basarkeçər hərbi düşərgəsinə gəlib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər