Sizin Reklam Burada

İrandan Ermənistana gedən “Kamaz”lar –Dövlət televiziyasının süjeti

İrandan Ermənistana gedən “Kamaz”lar –Dövlət televiziyasının süjetiİran ərazisindən Ermənistana hərbi yük göndərilməsi iddiası ilə bağlı İslam Respublikasının dövlət televiziyasında süjet göstərilib.

Strateq.az İRİB-ə istinadla xəbər verir ki, süjetdə hərbi (yaşıl) boyada olan avtomobillərin Ənzəli limanından İran-Ermənistan sərhəddinə gətirildiyi bildirilib. Rusiyadan alınan yükün sahibi Ermənistan Respublikasıdır.

İRİB reportyorunun məlumatına görə, “hər hansı bir anlaşılmazlığın və ya mümkün sui-istifadə hallarının qarşısını almaq üçün Rusiya istehsallı yük maşınlarının Nodruz terminalından (sərhəd keçid məntəqəsindən) Ermənistana yola salınması hazırda dayandırılıb”.

Qeyd edək ki, APA İran ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasını təsdiqləyən yeni faktlar ortaya çıxdığı barədə məlumat yayıb.

Sosial şəbəkələrdə bunu təsdiqləyən videolar yayılır. Videolardan aydın görünür ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır.

Buna etiraz edən İranda yaşayan azərbaycanlıların həmin maşınlardan bir neçəsini yandırdığına dair videolar paylaşılır.

İran rəsmiləri hər nə qədər bu faktları təkzib etsələr də, faktlar və görüntülər başqa şey deyir.

İran hər zaman Azərbaycanla dost və qardaş olduğunu, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulasa da, bir daha diqqətə çatdırmaqda fayda var ki, onun bu addımları qonşuluq, dostluq münasibətlərinə, İslam həmrəyliyinə ziddir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər