Prezidentdən komendant saatının tətbiqi ilə bağlı SƏRƏNCAM
Dərc olunub:
28-09-2020, 11:48
Azərbaycan Prezidenti İlham Əliyev "Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında" sərəncam imzalayıb.
Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.