23 sen 14:34siyaset

"İldən ilə daha da güclənən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki..." ,

"İldən ilə daha da güclənən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki..." ,Məzahir Əfəndiyev
Milli Məclisin deputatı

Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır. BMT Nizamnaməsinə əsasən götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyünün qorunması dayanır. .
Baş Assambleya BMT-nin ikinci ən böyük strukturudur. Bu il Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında keçirilən BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasını xüsusi edən əsas məqamlardan biri ona məhz türk diplomat Volkan Bozkırın sədrlik etməsi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. İldən ilə daha da güclənən və dərinləşən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi çıxış edərək Azərbaycanın multikultural dəyərlərin, beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun təşviqi və gücləndirilməsi istiqamətində səylərindən bəhs etmişdir. Dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və beynalxalq əməkdaşlığa əsaslanan dayanıqlı inkişafa olan ehtiyacını xüsusi vurğulayan dövlət başçımız, Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində olan fundamental rolunu da qeyd etmişdir.

İlham Əliyev, Azərbaycan Prezidenti kimi Dağlıq Qarabağ məsələsinə toxunmuşdur. BMT Nizamnaməsinin öhdəliklərini və BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnaməni heçə sayaraq beynəlxalq hüquq normalarını kobud şəkildə pozan işğalçı Ermənistan dövlətinin Azərbaycanın suverenliyinə və regionun təhlükəsizliyinə qarşı yaratdığı təhdid sessiya iştirakçılarının nəzərinə bir daha çatdırılmışdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin təcavüzkar Ermənistanın təxribat xarakteri daşıyan “Qarabağ Ermənistandır” bəyanatı vasitəsilə pozulması faktı da xüsusi qeyd olunmuşdur.

Əlavə olaraq, ölkə başçımız Azərbaycanın multikulturalimzin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyini və hazırki müzakirələrin fəal iştirakçısı olacağına əmin olduğunu söyləmişdir.

Son olaraq, qeyd etmək istərdim ki, iqlim dəyişikliyi, iqtisadi inkişaf, “koronavirus” pandemiyası, biomüxtəliflik və Pekin Bəyannaməsinin 25-ci ildönümünün və bu fəaliyyət çərçivəsində məsələlərin müzakirəsi 75-ci Sessiyasının əsas gündəliyini təşkil edir.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.