23 sen 13:38siyaset

"Ermənistan təxribatlarına görə cavab verməlidir"

"Ermənistan təxribatlarına görə cavab verməlidir" Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Azərbaycan beynəlxalq münasibətlər arenasında ən demokratik dövlətdir.

22 sentyabr 2020 ci il BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilmişdir.

Möhtərəm prezidentimiz İlham Əliyev bu iclasda çıxış etmişdir. Azərbaycan Respublikası 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmiş, 2019-cu ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsini vacib hesab edir və bu istiqamətdə işlər görülməsinə böyük səy göstərir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan bu qurumun üzvüdür.

Azərbaycan bu təşkilatda sadiq olduğu ideallar, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edir. Ölkəmiz bütün sahələrdə inkişaf edir. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Ölkəmizdə dünyada analoqu olmayan inkişaf gedir. Bu inkişaf bütün sahələrdə özünü biruzə verir. Azərbaycan həm sosial məsələlərin həllində, iqtisadi inkişafda uğurla irəli gedir. Bütün uğurlarla yanaşı, xarici siyasətimiz də çox çevik və uğurla davam edir. Xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir.
Dünya miqyasında dövlətlərin əksəriyyəti bizə inanır, bizə hörmət edir, bizi dəstəkləyir. Biz sübut etmişik ki, artıq biz ən etibarlı tərəfdaşıq.

Biz dövlət olaraq beynəlxalq hüquqa hörmətlə yanaşan, onun prinsiplərinə ciddi riayət edən dövlətik. Bu baximdan da biz BMT -nin gücləndirilməsi, müasirləşdirilməsi, demokratik, şəffaf, məsuliyyətli olması yolunda islahatlar aparılmasını istəyirik. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır. Məhz bu səbəbdən BMT-nin qlobal idarəçilikdə rolu gücləndirilməlidir. Biz dövlət olaraq BMT-nin üzvlüyünə 1992-ci il 2 martdan daxil olmuşuq. O vaxtdan bəri biz böyük uğurlara imza ataraq tarixi nailiyyət əldə etmişik. Biz sevinirik ki, müstəqil dövlət kimi özümüzü dünyada təsdiq etmişik. Sübut etmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dost ölkələrinin sayının artması bizim uğurlu dövlət siyasətimizin təntənəsidir. Bu həm dövlətimizin, həm xalqımızın qələbəsidir.

Lakin bir məsələ var ki, bədnam qonşular təcavüzkar, işğalçı siyasət yürütməklə BMT Nizamnaməsinin öhdəliklərini kobud şəkildə pozur və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. İllərdir Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal etmiş və orada işğalçılıq siyasətini davam etdirməkdədir. BMT Təhlükəsizlik Şurasının 1993 -cü ildə qəbul edilmiş dörd qətnaməsi var,amma təəssüf olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymur, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməli olduğu halda hələ də işğalçı siyasət aparmaqda davam edir, işğalçı ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparır. Bu gün bir milyondan çox qaçqın və məcburi köçkün var. İşğal altında qalan torpaqlarımızda qanunsuz məskunlaşmatarixi abidələrimizin məhvi həyata keçirilir ki, bunların da çox düşünülmüş hədəfləri var.

Son zamanlar Tovuz bölgəsində erməni təxribatlarının çoxalması, mülki əhalinin, hərbiçilərimizin artilleriya atəşinə məruz qalması ermənilərin düşünülmüş təxribatından xəbər verir. Ermənistanın sülh prosesini pozması danılmaz həqiqətdir. Bu məqsədlərini əsasssız şərtlər irəli sürməklə sülh prosesində maraqlı olmadıqlarını dəfələrlə sərgiləmişlər. Ermənistanın müharibəyə hazırlaşması artıq mülki könüllülər dəstələrinin yaradılmasını elan etməsindən bəllidir. Ermənistan özünün müharibə bəyanatlarını nəinki gizlətmir, artıq yeni ərazilərə iddiasını açıq-aşkar bəyan edir. Artıq Ermənistan bu təxribatlarına görə cavab verməli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələ həll edilməlidir. Qətnamələr həyata keçirilməli, təcavüzkar dövlət münaqişəyə son qoymalıdır. Bu təxribatlar həm də də bütün dünyanın COVİD-19pandemi ilə üz -üzə qaldığı bir dövrə təsadüf edir. Azərbaycanda bu məsələ ciddi nəzarətdədir. Ümumdünya Səhiyyə Təşkilatı bu istiqamətdə bizi nümunəvi ölkə adlandırmışdır.

Biz BMT-nin beynəlxalq məsələlərdə nüfuzunun yüksəlməsini, güclənməsini istəyirikvə bu yolda ona dəstək veririk.

Biz bundan sonra da ölkəmizin inkişafı, uğurları, qələbələri üçün çalışacayıq. Müstəqil, bütöv, demokratik, ədalətli, hüquqi dövlət kimi həmişə var olacayıq. İnanıram ki, ermənilər və onların havadarları dünya ədaləti qarşısında mütləq layiqli hüquqi cavablarını alacaqlar.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.