Sizin Reklam Burada

10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov

10 minlik ordu Ermənistana girəcəkdi... - XlopotovRəsmi Bakı hərbi arsenalını Rusiyanın BMR-3MA zirehli minatəmizləmə vasitəsitələri ilə gücləndirə bilər. Bu texnikanın bazası əsasında "Proxod -1" robotlaşdırılmış və uzaqdan idarə olunan minatəmizləyən vasitə də hazırlanıb. Sözügedən hərbi texnika fəal təbliğ olunur və heç bir problem olmadan Azərbaycana idxal oluna bilər.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib.

Onun sözlərinə görə, son günlərdə Azərbaycan və Ermənistan sərhədlərində müşahidə olunan gərginlik nəinki genişmiqyaslı, heç lokal müharibəyə belə səbəb olmayacaq:

“Buna baxmayaraq, Ermənistan ordusunun başqa bir təxribata əl atması ilə bağlı real ssenari mövcuddur. Belə olan halda isə hər şey Azərbaycanın hans qərarı verəcəyindən asılı olacaq. Əgər hadisələr iyul ayında olduğu kimi, iki dövlət arasındakı sərhəddə cərəyan etsə, bu, birbaşa təcavüz aktı kimi qiymətləndirilməlidir. Cavab tədbirləri çərçivəsində Azərbaycan Silahlı Qüvvələri düşmən ərazinin dərinliyinə daxil olaraq, qarşı tərəfə cavab vermək hüququna malikdir. Əməliyyatlar zamanı İrəvana birbaşa zərbələr də istisna edilmir.

Əslində, bu ssenari yayda hazırlanmışdı. Səhv etmirəmsə, bu əməliyyatlarda təxminən 10 min hərbçi iştirak etməli idi.

Lakin təxribat Dağlıq Qarabağ bölgəsində törədilərsə, əməliyyatlar bu bölgənin sərhədlərindən kənara çıxmamalıdır”.

Rusiyalı ekspert deyib ki, genişmiqyaslı müharibə başlanarsa, düşməni tərksilah etmək məqsədilə endirilən ilk raket və artilleriya zərbələri vacib rol oynayacaq:

“Azərbaycan ordusu ən müasir “Polonez” və LORA raket sistemləri ilə təchiz olunub. Rəsmi Bakı olduqca güclü döyüş təyyarələrinə malikdir, PUA-ların sayı isə günü-gündən artır. Və əlbəttə ki, çox sevdiyim tanklar. Dağlıq əraziyə baxmayaraq, T-90S və T-72 tankları bacarıqlı ekipajların istifadəsində olduqca təsirlidir. Azərbaycan Ordusu isə təlimlərə kifayət qədər diqqət yetirir”.

Aleksey Xlopotov bildirib ki, əgər genişmiqyaslı müharibə baş verərsə, Ermənistan dövlət müstəqilliyini bütövlükdə itirə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər