22 sen 08:43siyaset

Müharibə ehtimalı çoxdur, amma olmayacaq - Politoloq

Müharibə ehtimalı çoxdur, amma olmayacaq - PolitoloqBiz qaçılmaz müharibəyə çoxdan hazırıq. Düşmən tərəf isə hələ cəbhədə postlara qoymağa əsgər axtarır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Prezident İlham Əliyevin sentyabrın 19-da ölkə televiziyalarına müsahibəsindən sonra Azərbaycanın işğal altında saxlanan Qarabağ ərazisindəki qondarma qurumun “lideri” Araik Arutyunyanın İrəvana səfəri haqda danışarkən deyib.

Politoloq bildirib ki, Araik Arutunyanın Ermənistana və Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi mikroməqamlardır, lakin Ermənistanın təbliğatı makrogörüntü yaratmağa çalışır:

“Cənab Prezidentin özü də çıxışında bildirdi ki, Ermənistan ciddi müharibəyə hazırlaşır. Təbii ki, Ermənistan tək deyil, onları buna sövq edən, ruhlandıran 3-cü qüvvə var. Lakin Ermənistan hələ anlamır ki, regionda qüvvələr nisbəti çox dəyişib. Digər tərəfdən, regionda dominant qüvvə Azərbaycandır. Ermənistan tərəfi nə qədər PKK, ASALA və ya başqa muzdluları münaqişəyə cəlb etsə də, bu, qüvvələr nisbətini tarazlaşdırmaq üçün kifayət deyil.

Düşünürəm, hazırda müharibə ehtimalı çox yüksəkdir, amma müharibə olmayacaq. Çünki Qafqazda alovlanacaq kiçik qığılcım böyük alova çevrilə bilər”.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.