17 sen 09:23siyaset

İrəvan Türkiyəyə qarşı fəallaşdı: müdaxilə etməliyik

İrəvan Türkiyəyə qarşı fəallaşdı: müdaxilə etməliyikMnatsakanyanın Misirə səfərinin əsas məqsədi rəsmi Qahirəni Ankaraya qarşı birlikdə hərəkət etməyə inandırmaqdır. Azərbaycan Ermənistanın bu kimi cəhdlərinə səssiz qalmamalıdır. Nəzərə almaq lazımdır ki, iki dövlət arasında xarici siyasətdə fərqli maraqlar da var. Məsələn, Türkiyənin Misirlə yanaşı İsrail, Səudiyyə Ərəbistanı, Fransa və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri gərgindir. Bunu Ermənistan da yaxşı bilir. Bu mənada rəsmi Bakı diplomatik nüfuzundan istifadə edərək Ermənistanın Türkiyəyə qarşı yönələn məkrli siyasətinin qarşısını ala bilər.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri çərçivəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda günü-gündən güclənən Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqına cavab olaraq, rəsmi Ankaraya qarşı olan ölkələrlə birlikdə hərəkət etmək istəyir:

“Mnatsakanyanın Şimali Afrika səfərinə Misirdən başlamasının səbəbi bəllidir. Bildiyiniz kimi, uzun müddətdir Misirlə Türkiyə arasında münasibətlər soyuqdur. Xüsusilə də rəsmi Ankaranın Misirin hərbi çevrilişlə hakimiyyətə gələn lideri Əbdülfəttah Sisinin hakimiyyətini tanımaması və Ərəb baharı zamanı müxalifləri dəstəkləməsi münasibətlərin soyumasının başlıca səbəbidir. Erməni nazir də bundan istifadə edərək Misirə dəstək ifadə etmək üçün Qahirəyə yola düşüb.

Mnatsakanyanın xüsusilə Misirə səfər etməsi bundan sonra Türkiyə əleyhinə siyasət yürüdən digər dövlətlərə - Cənubi Kiprə, Yunanıstana və Fransaya da səfər edəcəyinin siqnalını verir. Faktiki olaraq Ermənistan Türkiyəyə qarşı “düşmənimin düşməni mənim dostumdur” şəklində bir xarici siyasət aparır.

Təsadüfi deyil ki, erməni nazir Şərqi Aralıq dənizində Yunan Kiprinin, Yunanıstanın və Misirin mövqelərini müdafiə etdiklərini vurğulayıb. Məlumdur ki, adı çəkilən ölkələr Türkiyənin Şərqi Aralıq dənizində kəşfiyyat işlərinə mane olmağa çalışırlar”.

Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistanın onsuz da pis olan Türkiyə-Misir münasibətlərini daha da pisləşdirmə cəhdinin qarşısını ala bilər:

“Düşünürəm, Azərbaycan Ermənistanın bu və bu kimi diplomatik təxribatlarının qarşısını almalıdır. Məsələ ondadır ki, rəsmi Bakı Misir və Türkiyənin münasibətlərinin yenidən bərpası üçün tərəfləri uzlaşdıra bilər. Çünki bu gün Misir-Azərbaycan münasibətləri uğurlu şəkildə inkişaf edir. Bu mənada Azərbaycan diplomatik nüfuzundan istifadə edərək, müsəlman ölkəsi olan Misirin Türkiyə ilə münasibətlərini yenidən yaxşılaşdıraraq, Ermənistanın diplomatik təxribat cəhdlərini neytrallaşdıra bilər. Nəzərə alaq ki, Misir-Türkiyə danışıqlarının da aparıldığı haqda qeyri-rəsmi məlumatlar var. Bakı bu danışıqlara ciddi töhfə verə bilər. Ehtimal ki, Mnatsakanyan ağalarının təlimatı ilə bu danışıqların uğurla nəticələnməməsi üçün Qahirədədir. Misir Qafqazın ən qüdrətli müsəlman dövləti Azərbaycanla əlaqələri qoruyub saxlamaqda maraqlıdır, nəinki heç bir iqtisadi-siyasi perspektivi olmayan xristian Ermənistanla. Bu məqamlardan istifadə edə bilərik və Ermənistanın diplomatik cəhdlərinə zərbə endirə bilərik”.
XƏBƏR LENTİ
Dünən, 01:28
22-10-2020, 13:32

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.