Sizin Reklam Burada

Qarabağa peşəkar muzdlular köçürülür – Şərh

Qarabağa peşəkar muzdlular köçürülür – ŞərhErmənilər işğal altındakı ərazilərimizdə süni məkunlaşdırma aparmaqla beynəlxalq hüquq normalarını, prinsiplərini, Cenevrə konvensiyasını, müxtəlif sazişləri ayaq altına atırlar, həmin beynəlxalq hüquqi sənədləri qəsdən pozurlar.

Bunu Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Ermənistanın işğal etdikləri Azərbaycan ərazilərində süni məskunlaşdırma aparmasından və Livandan ermənilərin köçürülüməsindən danışarkən deyib. Politoloq bildirib ki, ermənilərin işğal olunmuş ərazilərdə süni şəkildə köçürülmə və məskunlaşdırma aparması məqsədyönlüdür:

“Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsinin bir neçə səbəbi var. Birincisi, Azərbaycanın işğal etdikləri ərazilərini erməniləşdirmək istəyirlər. İkincisi, sonra da dünyaya bəyan edəcəklər ki, guya, burada eramızdan əvvəl ermənilər yaşayıb. Həmin köçürülənlər də guya “eradan əvvəlki əcdadlarının” “varisləri”dir”.

Politoloq bildirib ki, Livandan köçürülən erməni ailələrlə yanaşı, Dağlıq Qarabağa terrorçu qruplar da gətirilir:

“Bu məqamda diqqət ediləsi məqamlardan biri də ermənilərin nəinki Qarabağdan, həm də Ermənistandan kütləvi köçüdür. Bu halda hansı vədlərlə və kimlər Dağlıq Qarabağa yerləşdirilir? Onlara hansı şəraiti və necə yaradırlar? Bu baxımdan, köçürülənlərin muzdlular olması ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, bu, hazırda Ermənistanın müharibə hazırlığının tərkib hissəsidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər