Sizin Reklam Burada

"Gənclər Prezidentin daxili və xarici siyasətini dəstəkləyir” mövzusunda onlayn videokonfrans keçirilib

"Gənclər Prezidentin daxili və xarici siyasətini dəstəkləyir” mövzusunda onlayn videokonfrans keçirilibSon günlər Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ayrı-ayrı ərəb dövlətlərindən, əsasən Livandan olan erməni qaçqınlarının məqsədli şəkildə yerləşdirilməsi, qeyri-qanuni məskunlaşma və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ölkədə, xüsusilə də gənclər arasında çox böyük narazılığa səbəb olub.

Bu baxımdan 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü və ərazidəki gənclərin iştirakı ilə “Gənclər Prezidentin daxili və xarici siyasətini dəstəkləyir” mövzusunda onlayn videokonfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, Görüşdə Göyçay və Ağdaş rayonundan 30-dan artıq fəal gənc iştirak edib.

Məzahir Əfəndiyev videokonfransda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının aktuallığını diqqətə çatdıraraq, gənclərə vətənpərvərlik hissinin aşılanmasının hər bir xalqın sabahını təmin edən amillərdən olduğunu qeyd edib.
"Gənclər Prezidentin daxili və xarici siyasətini dəstəkləyir” mövzusunda onlayn videokonfrans keçirilib
Onun sözlərinə görə ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən başlanılıb. Ulu Öndər gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb.

Bu işlər Prezident İlham Əliyev tərəfindən davamlı olaraq bu gün də uğurla həyata keçirilir. Cənab Prezidentin dayanıqlı inkişafın lokomativi rolunu oynayan gənclərin inkişafına xüsusi həssaslıqla yanaşdığını bildirən M.Əfəndiyev kadr hazırlığında onların potensialından geniş istifadə olunduğunu və gələcəkdə ölkənin idarə edilməsi yükünün əsasən yeni nəslin üzərinə düşəcəyini vurğuladı.
Gənclərə müraciətində Məzahir Əfəndiyev karantin və postpandemiya dövründə həm qlobal, həm də ölkə miqyasında gedən proseslərdə gənclərin vacib rolunu vurğulayaraq, onların fəal iştirakı və innovativ yanaşmalarının əhəmiyyətini qeyd etmişdir.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus təhlükəsinə qarşı aparılan effektiv mübarizə, əhalinin sağlamlığı, sosial müdafiəsi məsələlərinə göstərilən qayğı və ölkə iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində atılan addımlar da alqışlanmışdır.

Eyni zamanda, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən hadisələrlə bağlı diskissiyalarda səslənən fikirlər bir daha Azərbaycan gənclərinin milli-mənəvi ruhda yetişdiyini və onların işğal altında olan torpaqlarımızı mənfur düşməndən hər an azad etməyə hazır olduqlarını göstərdi.

Çıxış edən Qarabağ qazisi aprel döyüşçüsü, İlham Məmmədov gənc nəslin Vətəninə, doğma Azərbaycana bağlı olmasından danışdı: “Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik təqdirəlayiqdir, bu da gənclərimizin monolitliyinin, Ali Baş Komandanın ətrafında sıx birləşməsinin, mübarizliyinin təsdiqidir”.
Sonda gəncləri maraqlandıran sualları cavablayan M.Əfəndiyev müasir gəncliyi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və davamlı inkişafı istiqamətində daha fəal olmağa və Cənab Prezidentin “Biz birlikdə güclüyük” devizinə əməli töhfə verməyə səslədi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər