Onun mənim atamla şəxsi qərəzliyi olub - ALDP sədri

Onun mənim atamla şəxsi qərəzliyi olub - ALDP sədri“Ona tutduğu bütün vəzifələrindən istefa verib, bu yaşda evdə oturub nəvə, nəticə ilə vaxt keçirməsini tövsiyə edirəm”

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Yeni Müsavat" qəzetinə açıqlamasında bildirib.

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sakitləşmək bilmir. Rəhbəri olduğu akademiyanın saytında bir-birinin ardınca sərt məqalələrlə çıxış edən R.Mehdiyev getdikcə radikal müxalifət lideri obrazına çevrilməkdədir. Bu baxımdan onun son məqaləsi xüsusilə diqqət çəkir.

Bu məqaləsinin ardından cəmiyyətdə “müxalifət onu düşərgəsinə buraxarmı, qucaq açarmı” kimi suallar yaranıb. Bu da təsadüfi deyil. Çünki indiyə qədər iqtidardan incik düşən, “vurulan”, yaxud komandasına asi çıxan məmurlara müxalifətin necə qucaq açdığının çox şahidi olmuşuq.

ALDP rəhbəri Fuad Əliyev R.Mehdiyevi bütün vəzifələrindən istefa verməyə çağırdı: “Açığı desəm onun nə indiki, nə də keçmişdəki yazıları ilə maraqlanmamışam. Bu adam nə yaza bilər ki, cəmiyyətimizə faydalı olsun? Ona görə də vaxtımı mənasız yazılara itirmək istəmirəm. Ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Amma müxalifətin vahid namizədi olması, ümumiyyətlə, inandırıcı deyil. İndi zəmanə tamam başqa bir zəmanədir. Cəmiyyətimiz 30 il bundan qabaqkı cəmiyyət deyil. Onun mənim atamla şəxsi qərəzliyi olub, parlament seçkilərində haqqımı tanımamaq üçün tapşırıq verməsinə baxmayaraq, ona tutduğu bütün vəzifələrindən istefa verib, bu yaşda evdə oturub nəvə, nəticə ilə vaxt keçirməsini tövsiyə edirəm. Əlavə nəsə deməyə ehtiyac duymuram. Əsas odur ki, qanunun pozulmasına görə saxlananlar var, cərimələr ödənildi. Qanunun aliliyi qorundu. Nə yaşa, nə tutduğu vəzifəyə, nə də ki, keçdiyi yola görə güzəşt olunmadı. Bizim başqa problemlərimiz var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər