Sizin Reklam Burada

Ermənistan BMT və ATƏT-ə meydan oxuyur

Ermənistan BMT və ATƏT-ə meydan oxuyurErmənistanın baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonoyanın Azərbaycanı zaman-zaman hədələmələri, “yeni ərazilər üçün yeni müharibə” şüarı ilə ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirmələri az imiş kimi, indi də Dağlıq Qarabağda yuva salmış separatçı-terrorçu rejimin “başçı”sı Araik Arutunyan Gəncəni vurmaqla hədələyir.

Avrasiya.net xəbər verir ki, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib ki, bu, təkcə Azərbaycana deyil, eyni zamanda dünya birliyinə, BMT-yə və ATƏT-in Minsk qrupuna meydan oxumaq deməkdir:

"Deməli, erməni terrorizmi artıq azğınlıq mərhələsinə daxil olur. Tovuz təxribatını törətdikdən sonra cəzasız qaldıqlarını görən və Minsk qrupunun həmsədrləri tərəfindən heç bir qınağa, təzyiqə məruz qalmayan ermənilər bir qədər də şirnikləndilər. Paşinyanın “HARDtalk”dakı həyasız açıqlamalarından və A.Arutyunyanın bu cür yekəbaşlığından sonra işğalçı Ermənistanla sülh danışıqlarını davam etdirməyimiz artıq tamamilə öz aktuallığını itirir".

Partiya sədri qeyd edib ki, beynəlxalq birlik və vasitəçilər rəsmi İrəvanı sülhə və kompromisslərə məcbur etmək istəmirlərsə, bizim antiterror əməliyyatlarına hazırlaşmaqdan başqa bir yolumuz qalır. Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və o cümlədən, Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin vuracaqları barədə bəyanatlarına, eləcə də Qarabağdakı qondarma rejimin “başçı”sının Gəncə şəhərinə hərbi zərbə endirmək təhdidinə səssiz qalsaq, onların azğınlığının miqyası bir qədər də artacaq: "Odur ki, biz indiki məqamda sülh diplomatiyasına yox, hücum diplomatiyasına üstünlük verməliyik. Bütün beynəlxalq platformalardan istifadə edib Ermənistanın avantürist, təhrikçi rəhbərliyinə maksimum təzyiq göstərməliyik" .

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər