15 avq 11:30siyaset

Bu bir səfir üçün əsl rüsvayçılıqdır - DADP sədri

Bu bir səfir üçün əsl rüsvayçılıqdır -  DADP sədri Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində tutulmasına müxtəlif rakurslardan yanaşmaq olar və bu barədə cürbəcür sübyektiv mülahizələr irəli sürmək olar.

Bunu Demokratik Azərbaycan dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib: "Amma faktları, həqiqətləri isə heç kim inkar edə bilməz. Fakt isə budur ki, Tovuz döyüşlərindən sonra Serbiyanın Ermənistana silah göndərməsi bir səfir kimi bilavasitə Eldar Həsənovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir. Daha doğrusu, bu bir səfir üçün əsl rüsvayçılıqdır. Üstəgəl, XİN sistemində maliyyə yoxlamaları zamanı səfir Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin başqa təyinat üzrə istifadə edilməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələrin ortaya çıxması faktını da bura əlavə etsək, deməli, həbslər bununla bitməyəcək. Bu gedişlə Xarici İşlər Nazirliyi sistemində və bütövlükdə ölkənin diplomatik korpusunda yeni həbslərin davam etməsi mümkündür. Eldar Həsənovun həbsi ölkə diplomatiyasının şübhəli şəxslərdən, uğursuz kadrlardan, öz işinin öhdəsindən gələ bilməyən diplomatlardan təmizlənməsi prosesinin davamıdır".
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.