13 avq 09:20siyaset

Proporsional seçki sistemi bərpa olacaq - ALDP sədri

Proporsional seçki sistemi bərpa olacaq - ALDP sədri116 saylı Qəbələ seçki dairəsinin deputatın vəfatı ilə, Milli Məclisdə boş qalan yerlərin sayı 5-ə yüksəldi. Bundan öncə 9 fevralda keçirilən parlament seçkilərindən sonra 33 və 35 saylı Xətai, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri ləğv olunmuşdu.

Hazırda 200 mindən çox seçici deputatsız qalıb. Boş qalan dairələrdə seçkilərin nə zaman baş tutacağı məlum deyil. Hətta bu prosesin baş tuta bilməyəcəyi ehtimalları da meydana çıxıb. Bu da təsadüfi deyil.

Çünki hakimiyyət dəhlizlərində bu barədə “pıçıltı” belə eşidilmir. Çoxları koronavirusun seçkiləri ləngitdiyini, ən azından 5 dairənin bu il deputatsız qalacağını düşünür.

Bu məsələ ilə bağlı “Yeni Müsavat” qəzeti Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevdən açıqlama aldı.

ALDP rəhbəri Fuad Əliyev: “Hesab edirəm ki, hər şey hakimiyyətin mövqeyindən asılıdır. Qərarı dövlət başçısı verir. Keçən parlamentdə bir neçə yer boş qalmışdı. Amma seçkilər keçirilmədi. Ola bilər ki, bu dəfə də belə olsun. Bizlər seçkilərdə iştirakın tərəfdarıyıq. Seçkilərin keçirilməsinə qərar versələr, biz də öz qərarımızı verəcəyik. İndi 200 min seçicinin problemlərini Milli Məclisdə qaldıran deputat yoxdur. Ona görə də, biz hələ 2002-ci ildən proporsional seçki sisteminin ləğvinə yox demişik. İllər boyu bu sistemin bərpasını istəmişik. Bir neçə dəfə bununla bağlı kampaniya da aparmışıq.

Proporsional seçki sistemində boş qalan deputat yerini digər namizədlə əvəz etmək olur. Yəni siyahıda seçilən deputatdan sonra olan namizəd onun yerinə keçir. Yəqin ki, yaxın gələcəkdə proporsional seçki sistemi bərpa olacaq. ALDP olaraq, seçkilərin yüz faiz bu sistemlə keçirilməsinin tərəfdarıyıq”.
XƏBƏR LENTİ
25-09-2020, 13:56

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.