Sizin Reklam Burada

Ermənistan növbəti inqilaba doğru sürüklənir - Əlisahib Hüseynov

Ermənistan növbəti inqilaba doğru sürüklənir - Əlisahib Hüseynov Ermənistanda hakimiyyətin opponentlərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyanı gücləndirməsi düşmən ölkənin daxilində baş verən dərin siyasi böhrandan və kataklizmlərdən irəli gəlir.

Bunu Avrasiya.net-ə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov açıqlamasında bildirib.

Partiya sədri qeyd edib ki, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının ən aşağı həddə enməsi ilə əlaqədar dərin siyasi və iqtisadi böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətinin nüfuzdan düşməsini get-gedə daha da sürətləndirir. Ermənistan KİV-lərinə və müstəqil ekspertlərin açıqlamalarına ötəri göz gəzdirmək kifayət edər ki, düşmən ölkədə iqtisadi böhran və sosial problemlərin ən yüksək həddə çatmasının əyani şahidi olaq. Üstəgəl, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi də Paşinyan iqtidarının imicinə və reytinqinə ağır zərbə vurur. Bunun əksi olaraq müxalifət isə getdikcə daha çox tərəfdar toplayır.

Ə.Hüseynovun fikrincə, yaranmış vəziyyət Ermənistandakı sosial-siyasi zəmində kataklizmlərin getdikcə daha da dərinləşəcəyini proqnozlaşdırmağımıza imkan verir. Bu isə Paşinyanı və komandasını müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq üçün repressiyaları gücləndirməyə sövq edir. Paşinyan öz siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir:

“Hazırki Ermənistan hakimiyyətinin qatı rəqiblərinin sırasında ilk növbədə Artur Vanetsyan və Qagik Sarukyan ən başda gəlir. Paşinyan hər iki şəxsə qarşı amansız mübarizə üsullarına, təzyiq və qarayaxma kampaniyalarına əl atır. Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bir müddət öncə qəfildən istefa verib, Paşinyana qarşı çıxdığını və “Hayrenik” (Vətən) partiyasını elan edib müxalifətdə olduğunu bildirəndən sonra, necə deyərlər, onun qara günləri başlayıb. Ermənistan hakimiyyətinin siyasi opponentlərə qarşı təqibləri, təzyiqləri davam etdirməsi çərçivəsində Milli Təhlükəsizlik Xidmətinin (MTX) Silah şöbəsinin rəisi Artak Torosyan saxlanılıb. Paşinyan silah şöbəsinin rəisindən keçmiş “baş çekist”ə qarşı istifadə etmək niyyətindədir. Ondan Artur Vanetsyana qarşı saxta şahidlik etməsi tələb olunub. Qeyd edək ki, A.Vanetsyan qanunsuz silah saxlamaqda ittiham olunur. Amma bu kifayət qədər absurd iddiadır. Təhlükəsizlik strukturuna rəhbərlik etmiş bir şəxs heç vaxt belə bir səhlənkarlığa və ciddi qanun pozuntusuna yol verə bilməzdi. Məhz bu baxımdan A.Vanetsyan da bildirib ki, son səkkiz ay ərzində barışmaz siyasi fəaliyyətini dayandırmaq üçün hakimiyyət ona qarşı hər vasitə ilə təzyiq və təqiblər həyata keçirir”.

Partiya sədri onu da vurğulayıb ki, Paşinyan “Çiçəklənən Ermənistan” Partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyana qarşı da eyni üsullarla mübarizə aparır. Paşinyanın Sarukyanı özünə ciddi siyasi rəqib hesab etməsi və Sarukyanın da öz növbəsində Paşinyan hakimiyyətini sərt tənqid etməsi hələ iyun ayından etibarən bu müxalifət liderinə qarşı çox ciddi təzyiq və təqiblər seriyasına start verilməsinə rəvac verdi. Nəticədə Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edildi. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa çağırıldı. Hakimiyyət yönlü media Sarukyana qarşı “səlib yürüşü”nə çıxdı:

“Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə yaratdığı sərt repressiya və diktatura nəticəsində bu ölkənin hüquq-mühafizə sistemi də müxalifətə, vətəndaş cəmiyyətinə qarşı cəza institutuna çevrilib. Bu gün Ermənistanın hüquq-mühafizə orqanlarının əsas funksiyası müxalif siyasi qüvvələrin nümayəndələrini sifariş əsasında təqib etməkdir. İctimai fəallardan biri, Ermənistanda tez-tez aksiyalar təşkil edən Manvel Manukyanın da yazdığı kimi indi “demokrat”ların idarə etdiyi “demokratik” Ermənistanda demokratiya, azadlıq, söz azadlığı, sərbəst toplaşma azadlığı, insanların şikayət etmək hüququ yoxdur. Bax, buna deyirlər əsl nonsens.

Nikol Paşinyan artıq tamamilə reallıq hissini itirməkdədir. Onun repressiv və antidemokratik addımları Ermənistan ictimaiyyətinin təsəvvürlərində Paşinyanın diktator obrazının formalaşmasına səbəb olub. İndi istər sıravi ermənilər, istərsə də siyasi rəqibləri Paşinyanı inqilabçı diktator kimi qəbul edirlər. Pandemiyanın və siyasi repressiyaların yaratdığı böhran Paşinyansayağı diktaturanın get-gedə daha da sərtləşməsinə səbəb olur. Paşinyanın isə hazırda yeganə məqsədi ölkədə şiddətli siyasi repressiyalar həyata keçirməklə öz diktaturasının ömrünü uzatmaqdır. Bu isə Ermənistanı növbəti inqilaba doğru sürükləyir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər