"Serbiyanın bu siyasi riyakarlığı əvəzsiz qalmamalıdır"
İndiyə qədər Azərbaycan Ermənistanla müqayisədə Serbiyadan dəfələrlə çox silah alıb. Serbiyanın Ermənistana silah satması hüquqi cəhətdən mümkün olsa da mənəvi cəhətdən bunu etməməli idi.
Bunu Avrasiya.net-ə açıqlamasında politoloq Vasif Əfəndi deyib.
Onun sözlərinə görə, Serbiyanın Ermənistana silah satması iki ölkə arasında mövcud olan siyasi, iqtisadi əlaqələrə ciddi zərbə vura bilər: "Azərbaycanın Kosovanın müstəqilliyini tanınmamaqla və öz sülhməramlı qüvvələrini geri çağıraraq bu ölkəyə ciddi siyasi dəstək verməsi qarşı tərəfi bu addımdan çəkindirməli idi. Azərbaycan bu jesti ilə etibarlı tərəfdaş olduğunu sübut etsə də bu sözləri Serbiya üçün demək olmaz. Ermənistanın Kosovanın müstəqilliyini tanıması Serbiya ilə ikitərəfli münasibərlərə zərər verməməsi təəccüblü olsa da bunun məntiqi izahı yoxdur. Demək Ermənistan Serbiya münasibətlərində “arxa bağça” danışıqları var. Məlumat açığa çıxdığı anda Serbiyanın ilk reaksiyası onlarda bir qədər təlaş doğursa da sonradan ölkə prezidenti silah satışına haqq qazandırmağa çalışaraq hadisəni sırf ticarət anlaşması olduğunu dilə gətridi. Bu məsələdə Rusiya faktoru əsas rol oynayır. Rusiyanın Ermənistanı qanadının altına alması onunla müttəfiq olan Serbiyanı bu addımı atmağa cəsarətləndirib. Azərbaycan-Ermənistan sərhədlərində hərbi toqquşmalar ərəfəsində Serbiyanın bu siyasi riyakarlığı əvəzsiz qalmamalıdır. Serbiyanın “cənub axınından” əlini üzərək Türkiyədən keçən qaz və neft boru kəmərlərinə qoşulmaq niyyətini gözündə qoymaq lazımdır".