Sizin Reklam Burada

"ABŞ-ın özünün demokratiya, insan hüquq və azadlıqlarından ciddi dərs keçməyə ehtiyacı var”

"ABŞ-ın özünün demokratiya, insan hüquq və azadlıqlarından ciddi dərs keçməyə ehtiyacı var”“Dünyada təkcə sabitlik və təhlükəsizliyin deyil, eyni zamanda demokratiya, insan hüquqları, söz azadlığının qarantı kimi çıxış etməyi xoşlayan və bu sahədə hamıya “dərs keçməyə” alışmış Amerika Birləşmiş Ştatları bir müddətdir ki, özü bu sahədə ciddi problemlərlə üzləşib. Demokratiya və insan hüquqlarından dəm vuran ABŞ-da vəziyyət dünyanın insan haqlarının ən çox pozulduğu ölkələrdən heç nəyi ilə fərqlənmir. ABŞ polisinin irqçilik siyasətini davam etdirməsi və vətəndaşlar arasında qoyduğu ayrı-seçkilik dünyada hamıya bəllidir. Bu siaysətin nəticəsi olaraq son illərdə ABŞ polisi qaradərili insanlaırn “ovuna” çıxmazdı. ABŞ mediası da ölkə polisinin vətəndaşların hüquqlarını kobud surətdə pozaraq, onlara qarşı zorakılıq hallarının tətbiq edilməsini, hətta günahsız yerə öldürülməsini pisləyən yazılar dərc etməkdədir. ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin 28 iyunda çıxan sayındakı bir məqaləsində də Nyu-York şəhərində keçirilən dinc nümayişlər zamanı mülki geyimli polislərin aksiya iştirakçılarını qeyri-qanuni saxlayaraq, bəlli olmayan istiqamətə aparılması barədə tənqidi fikirlər öz əksini tapıb”.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Komitə sədrinin sözlərinə görə, məqalədə ABŞ polsinin qanunsuz olaraq insanların kobud surətdə pozması, aksiya iştirakçılaırn qarşı fiziki zor işlətməsi, onlara bibər qazından istifadə edilməsi, insanların mülki geyimli polislər tərəfindən zorla maşınlara mindirilərək naməlum istiqamətlərə aparılması qeyd olunub. “Yazıda qeyd olunur ki, mülki geyimli polsilər aksiya iştirakçılaırna qarşı daha aqressiv formada davranaraq, onları zorla, güc tətəbiq edərək dövlət qeydiyyat nişanı olmayan mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıblar. Bununla bağlı çoxsaylı video-görüntülər olsa da, polis saxlanılan şəxslər barəsində tutarlı cavab verə bilməyib və saxlanma hallarını izah edə bilməyib. Polisin dinc aksiya iştirakçılarına qarşı bu hərəkəti ABŞ cəmiyyətində böyük səs-küyə, kəskin etiraza səbəb olub. ABŞ mediası hakimiyyətin bu siyasətini kəskin tənqid edib. Belə yazılar təkcə “New York Times” qəzetinda deyil, digər nüfuzlu media orqanları da polisin bu zorakı, irqçi hərəkətini kəskin pisləyib və buna etiraz edən yazılar dərc edib. Ən qəribəsi isə odur ki, ABŞ Prezidenti Donald Tramp da polisin bu zorakılığına haqq qazandırması, hətta məsələnin həllində ordudan istifadə etməsi barədə fikirlər səsləndirib. Tramp kilsəyə rahat getməsi üçün aksiya iştirakçılaırna qarşı rezin güllə və bibər qazından istifadə edilib. ABŞ Prezidenti Donald Trump "qiyam və qanunsuzluqla" mübarizə aparmaq üçün lazım olduğu qədər milli qvardiyaçıya göstəriş veriləcəyini açıqlayıb. "Əgər şəhərlər və əyalətlər vətəndaşın həyatını və əmlakını qorumaq üçün hərəkətə keçməzsə, mən təcili Amerika ordusunu dövrəyə keçirəcəm, beləliklə də problemi yerindəcə həll edəcəm” - Tramp deyib.

Onun bu bəyanatı isə kəskin etirazlara səbəb olub. Noyabrda ABŞ-da keçiriləcək seçkilərdə prezidentliyə namizəd Co Bayden Trampın bu bəyanatını prezidentin yox, bir diktatorun sözləri kimi dəyərləndirib”- komitə sədri qeyd edib. S.Qurbanov əlavə edib ki, mənim məqsədim ABŞ-da nəyin necə baş verdiyini şərh etmək və bu ölkədə baş verənləri cəmiyyətə çatdırmaq deyil: “Məqsədim özünü sözdə dünyada demokratiyanın insan hüquq və azadlıqlaırnın təminatçısı olduğunu bəyan edib, ancaq buna real həyatda əməl etməməsini, bundan dünyada ağalığını təmin etmək üçün digər ölkələrə qarşı bir təzyiq vasitəsi kimi istifadə etməsini çatdırmaqdır. Dünyanın hər hansı ölkəsində, o cümlədən Azərbaycanda polisin qeyri-qanuni, dağıdıcılığa, xaosa, ictimai asayişi kobud şəkildə pozulmasına xidmət edən aksiyalara imkan verməməsinə həmən reaksiya verərək, pisləyir. Bunu demokratiyanın, insan hüquq və azadlıqlarının kobud surərtdə pozulması kimi təqdim etməyə çalışdığı halda, “öz gözündəki tiri” görümür. Azərbaycanda da zaman-zaman sabitliyi pozub, xaos yaratmaq istəyən müxalifət adı altında gizlənən bəzi antimilli qüvvələrin icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tamamilə fərqli formada təqdim edilir.

Həmin qüvvələr hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. O zaman ortaya belə bir sual çıxır, bəs niyə özünü dünyada demokratiya və insan hüquq və azadlıqlarının təminatçısı kimi təqdim edən ABŞ-da bu prinsiplərə əməl olunmur? Belə çıxır ki, güclüyəm, qüdrətliyəm, istədiyimi edə bilərəm?! Bu bir daha sübut edir ki, digər məsələlərdə olduğu kimi qanunun aliliyi deyil, gücün hüququ hökm sürür. Biz bunun ABŞ-da vətəndaşına qarşı yürüdülüən ayrı-seçkilik və irqçilik siyasəti və buna etiraz edən insanlara qarşı törədilən zorakılıq əməllərinin törədilməsində şahidi oluruq. Əgər ABŞ dünyada həqiqətən demokratiya, insan hüquq və azadlıqlarının çarçısı kimi çıxış etmək istəyirsə, ilk növbədə öz daxilində bu sahədə olan problemləri aradan qaldırmalıdır. Daha demokratiya, insan hüquq və azadlıqlaırnı bəhanə edəərk digər ölkələrin daxili işlərinə qarışmamalıdır. Son olaraq onu demək yerinə düşərdi ki, demokratiyadan dünyaya dərs deyən ABŞ-ın özünün demokratiya, insan hüquq və azadlıqlarından ciddi dərs keçməyə ehtiyacı var”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər