Sizin Reklam Burada

Azərbaycandakı 900-ə yaxın QHT birgə MÜRACİƏT yaydı

Azərbaycandakı 900-ə yaxın QHT birgə MÜRACİƏT yaydıAvrasiya.net Azərbaycan QHT-lərinin müraciətini tqədim edir:

“Azərbaycanın QHT sektoru olaraq son günlər bir neçə ölkədə azərbaycanlıların dinc etiraz nümayişlərinin erməni millətçiləri və diaspor üzvləri tərəfindən hədəfə alınmasından və onlara qarşı fiziki zor tətbiq olunmasından bir daha narahatlığımızı ifadə edirik.

Məlumdur ki, Ermənistan 30 ildir Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamaqda, qaçqın və məcburi köçkün vəziyyətinə salınmış bir milyon insanın hüquqlarını kobud şəkildə pozmaqda, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyət həyata keçirməkdə və tarixi abidələrimizi dağıtmaqda davam edir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymaması və bunun müqabilində işğalçı ölkənin cəzasız qalması və sülh danışıqlarının heç bir nəticə verməməsi artıq münaqişəni dialoq müstəvisindən müharibə həddinə çatdırmışdır.

12-17 iyul 2020-ci il tarixlərində isə Ermənistan işöal olunmuş Dağlıq Qarabağ cəbhə xəttindən tamam uzaq, bir çox beynəlxalq iqtisadi və enerji layihələrin keçdiyi Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq Azərbaycan postlarına hücum etmiş və yüksək rütbəli zabit və əsgərlərimizi, o cümlədən dinc sakinimizi qətlə yetirmişdir. Ermənistanın koronavirus pandemiyası dövründə ölkəmizə qarşı etdiyi hərbi təcavüz xaricdə yaşayan soydaşlarımızın haqlı etirazlarına səbəb oldu və bundan irəli gələrək onlar vətəndaşı olduqları ölkələrdə bu təcavüzə qarşı öz etirazlarını bildirirlər.

Təəssüf ki, yaşadıqları ölkələrin qanunlarına uyğun olaraq dinc nümayişlər keçirən azərbaycanlıların sivil dünyaya öz haqq səslərini çatdırmaq təşəbbüsü Ermənistan rəhbərliyi ilə sıx təmasda olan erməni diaspora nümayəndələri tərəfindən mənəvi və fiziki terrorla qarşılandı.

İyul ayının 21-dən başlayaraq ABŞ-nın Los-Anceles şəhərində, Belçikanın paytaxtı Brüsseldə, Parisdə, Moldovada, Ukraynada, Rusiyada və digər ölkələrdə dinc aksiya keçirən soydaşlarımıza ermənilər olan şəxslər tərəfinfən hücumlar təşkil olunur, azərbaycanlılar həmin şəhərlərdə erməni millətçiləri tərəfindən izlənilir və onlara ciddi xəsarət yetirilir. Bütün bu hücumlar sosial şəbəkələrdə azərbaycanlılara qarşı terrora başlamaq çağırışı və bununla da vəziyyəti gərginləşdirmək, dünya ictimaiyyətinin diqqətini Ermənistanın Tovuza hücumundan yayındırmaq məqsədi daşıyır.

Erməni milliyətindən olan şəxslər yaşadıqları ölkələrin qanunlarını kobud şəkildə pozaraq təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və diplomatik nümayəndəliklərinə basqın etmiş və səfirliklərin binalarına və əməkdaşlarına ciddi xəsarət yetirmişlər. Bir çox aksiyalarda ASALA terror təşkilatının emblemi və hərbi geyim forması geyinmiş erməni gənclərinin fotoları qeydə alınıb.

Dünyanın gözü qarşısında baş verən, foto və videolarla sübut olunan bu vəhşiliyə, vandalizmə və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına beynəlxalq təşkilatlar, xüsusilə sizi kimi insan haqlarının müdafiəsi istiqamətində ixtisaslaşmış beynəlxalq QHT-lər laqeyd qalmaqda davam edir.

Sizin bu səssizliyiniz və laqeydliyiniz Azərbaycan QHT sektoru arasında təkcə heyrətlə qarşılannmır, həmçinin ciddi narazılıq və suallar doğurur. Necə ola bilər ki, sizin rəhbərlik etdiyiniz qurumlar ölkədə baş verən ən xırda qanun pozuntusuna dərhal reaksiya verir və bununla bağlı beynəlxalq həmrəylik nümayiş etdirirsiniz, ancaq gözünüzün qabağında və ofisinizin qarşısında azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş bu qədər açıq zorakılıq və cinayət hadisələrinə göz yumursunuz?

Azərbaycanlıların yerli qanunvericliyə uyğun olaraq razılaşdırlmış nümayişlər və etiraz aksiyalarına edilən hücumlar nəticəsində xəsarət alan vətəndaşların pozulmuş hüquları sizləri heçmi maraqlandırmır? Sizin susqunluğunuz erməni millətçiləri tərəfindən açıq şəkildə yol verilən nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha ağır olmasına gətirib çıxardır.

Bütün bunları nəzərə alaraq, Azərbaycanın QHT sektoru adından sizlərə müraciət edir, yuxarıda adları qeyd olunan ölkələrdə dinc azərbaycanlılara qarşı erməni milltəçiləri tərəfindən törədilən fiziki terroru, zorakılığını, nifrət cinayətlərini pisləməyə çağırırıq.

Ümid edirik ki, sizlər bizim bu müraciətimizə laqeyd qalmayacaq, ikili satandarlardan və selektiv yanaşmalardan uzaq olduğunuzu sübut etmək üçün bu hadisələrə obyektiv və ədalətli qiymət vermək imkanını qaçırmayacaqsınız”.

Bu müraciət Azərbaycanda fəaliyyət göstərən 876 QHT tətəfindən qəbul olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər