Sizin Reklam Burada

Azərbaycan haqq işini müdafiə edir - Riyaz Sarıkahya

Azərbaycan haqq işini müdafiə edir - Riyaz SarıkahyaAzərbaycan haqq işini müdafiə edir və dünya birliyindən işğala, təcavüzə, terrora son qoyulmasını tələb edir.

Avrasiya.net xəbər verir ki, bu, İraq Türkməneli Partiyasının iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumuna etiraz olaraq azərbaycanlıların Avropa ölkələrində keçirdikləri etiraz aksiyalarına dəstək bəyanatında qeyd olunub.

Bəyanatda o da bildirilir ki, 30 ildir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunub.

Türkməneli Partiyasının başkanı Riyaz Sarıkahya bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874 və 884 saylı), Baş Assambleyanın “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsi (14 mart 2008-ci il), BMT Təhlükəsizlik Şurasının sədrinin 7 bəyanat (12 may 1992-ci il, 26 avqust 1992-ci il, 27 oktyabr 1992-ci il, 29 yanvar 1993-cü il, 6 aprel 1993-cü il, 18 avqust 1993-cü il, 26 aprel 1995-ci il) qəbul etməsi, həmin qətnamə və bəyanatlarda Ermənistanın işğalçı qüvvələrindən hərbi əməliyyatların dayandırılması, hərbi birləşmə və texnikanın Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunması, həmçinin, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıyla bağlı ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqının qərarları hələ də kağız üzərində qalır. Nə BMT, nə də digər beynəlxalq təşkilatlar qətiyyət göstərib bunu işğalçıdan tələb etdi...

Partiya sədrinin fikrincə, ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir təşkilat kimi bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində “vasitəçi” kimi heç bir konkret addım atmayıb. ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirib ki, bunların da hamısı Ermənistan tərəfindən pozulub. Amma nə ATƏT, nə də onun Minsk qrupu işğalçıya “dur” deyib.

R.Sarıkahya azərbaycanlıların xarici ölkələrdə keçirdikləri Azərbaycan Ordusuna dəstək aksiyalarında ermənilərin təcavüzü ilə üzləşməsinə də münasibət bildirib. O, qeyd edib ki, bu hallar bir daha ermənilərin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadıqlarını göstərir: "Azərbaycanlılar sivil mübarizəyə üstünlük verirlər, erənilər isə bıçağa, gülləyə əl atırlar. Dinc aksiya iştirakçılarını döyürlər, azərbaycanlı tələbələri gülləyə tuturlar. Los-Anceles, Brüssel, Nidenrland, Ukrayna, Rusiyada azərbaycanlıların dinc aksiyalarına ermənilərin müdaxiləsi, təxribatı hüquqi baxımdan cinayətdir. Söz və fikir azadlığı dəyərlərinə hörmət edən Avropada belə vəhşiliklər qəbulolunmazdır. Təxribat törədənlər mütləq cəzalanmalıdır."

R.Sarıkahya sonda onu da bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yalnız bir yol var ki, bu da beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərinə bu ölkənin də riayət etməsinə nail olmaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər