Sizin Reklam Burada

“Ermənilərin əməlləri sübut olunsa, mütləq cəzalarını alacaqlar” – Ayhan Dəmirçi

“Ermənilərin əməlləri sübut olunsa, mütləq cəzalarını alacaqlar” – Ayhan DəmirçiBelçikada erməni vandalların soydaşlarımıza etdikləri hücum hər kəsin yaddaşındadır, yeniləmək istəmirəm. Qana sussamış ermənilər tarix boyu belə olublar: fürsət düşən kimi türkün qanını içməyə çalışıblar. Belçikada baş verənlər də bu silsilədən bir hücum idi. Bu balaca Avropa ölkəsində baş vermiş, əslində dünyaya səs salacaq qədər böyük hadisəyə Belçikadakı soydaşlarımız necə baxır, nə düşünürlər?

Hafta.az-a açıqlama verən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi deyir ki, baş verənlər onları hiddətləndirib və bu cür hadisələri birmənalı şəkildə pisləyirlər. “Bunlar baş verməməli idi. Ermənilər bizləri hər zaman oyuna çəkiblər və təəssüf ki, biz də çox vaxt onların oyunlarına düşmüşük. Baş verə biləcək təxribatları öncədən ən azından təxmin edərək tədbirlər keçirtmək lazımdır. Hər kəs bilir, bilmirsə də bilməlidir ki, iki diaspor qarşı-qarşıya dayanarsa təxribat baş verə bilər. Təəssüf ki, bəzi təşkilatçılar bunları hər zaman nəzərə almırlar. Soydaşlarımızın vəhşiliyə məruz qalmasını isə, bir daha qeyd edirəm ki, birmənalı pisləyirəm”, - diaspor sədri deyir.

Baş verənləri istisna etsək, Belçikada yenidən ermənilərin hücumuna məruz qalma təhlükəsi varmı azərbaycanlıların? Ümumiyyətlə, diaspor sədrinin də qeyd etdiyi kimi, qabaqlayıcı tədbirlər görülürmü milli təşkilatlarımız tərəfindən? A.Dəmirçi deyir ki, nəzəri cəhətdən hər şey mümkündür və ümid edirlər ki, prkatikada buna rast gəlməyəcəklər. Qabaqlayıcı tədbirlərə gəlincə, cənab Dəmirçi fərqli fikir söyləyir. Deyir ki, nə tədbir görə bilərlər, hərə yanına bir polis alıb gəzməyəcək ki, sadəcə bacardıqları qədər ehtiyyatlı olmalıdırlar.

Polisdən söz düşmüşkən, istər ABŞ olsun, istər Belçika kimi balaca bir ölkə, polis və digər təhlükəsizlik qüvvələrinin, daha dərinə gedəndə isə siyasi müstəvidə baş verənlərə yanaşma necədir? Maraqlıdır, konkret hücum faktı yaşanıb, bunu nəzərə alaraq erməni vəhşətini dayandırmaq üçün hər hansı rəsmi tədbirlər görülürmü, erməni cinayətkarları cəzalandırmaq yönümündə addımlar atılırmı və sair? Belə fikirlər yaranıb ki, ermənilərə etdikləri cinayətdən dolayısı gözün üstə qaşın var deyilmir...

Ayhan Dəmirçinin dediklərindən: “Əvvala ordan başlayaq, hansısa vəhşətin qarşısı alınmır fikri ilə razı deyiləm. Bilirsiniz, əgər son hadisələrdən bəhs edirsinizsə, hər halda siz də çəkilmiş videolardan gördünüz ki, ermənilər bizimkiləri izləyərək kənar yerdə vəhşilik ediblər. Hər yerdə polis dayanmır axı ki, buna mane olsun. İndi qalıb məsələ o tədbiri təşkil edənlərə, zərər çəkənlərə ki, aidiyyəti qrumlara müraciət edəcəklər, yoxsa yox. Hadisələrə baxışlara gəlincə, bu müxtəlif ola bilər. Baş verənləri aydınlaşdırmağa çalışacaqlarını düşünürəm. İlk təxribat hansı tərəfdən gəlib, necə olub ki, tərəflər qarşı-qarşıya gəliblər, bunları araşdırmadan münasibət bildirəcəklərini düşünmürəm. Əgər şikayətlər olunacaqa və erməni tərəfinin əməlləri sübuta yetiriləcəksə, mütləq cəzalarını alacaqlar, buna inanıram”.

Rəsmi qurumların mövqeyi bəllidir: ən yaxşı halda qanunla nəzərdə tutulduğu kimi, cinayətkarı cəzalandırır, bununla işini bitirmiş olur. Bəs bütövlükdə Belçika xalqının bu hadisəyə münasibəti necədir? Diaspor sədri deyir ki, burada necə deyərlər, hər kəsin məsələsi ancaq özü üçün maraqlıdır. “Sadə belçikalı bizim aramızda olanlarla bir o qədər də maraqlanmır. Sadəcə, hadisə baş verən gün diqqət çəkə bilər, onları narahat etməyimiz filan. Başqa cür anlaşılmasın, bəzən elə bilirik ki, bütün dünya işini-gücünü buraxıb bizə maraq göstərməldir, ancaq bu mümkün deyil. Sadə belçikalıların çoxunun nəzərdə tutduğunuz məsələdən xəbəri belə olmadı. Xəbəri olanlar isə təbii ki, vəhşiliyi alqışlamaz. O artıq başqa məsələdir ki, bu vəhşiliyi kimin etdiyinə inanacaqlar. Burada isə məsələ bizim, daha doğrusu, sözügedən tədbiri təşkil edənlərin üzərinə düşür”, - deyir A.Dəmirçi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər