Sizin Reklam Burada

Prezidentin köməkçisi: “Münaqişənin danışıqlar yolu ilə həlli nəticə vermir”

Prezidentin köməkçisi: “Münaqişənin danışıqlar yolu ilə həlli nəticə vermir”“İyulun 12-dən etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir”.

Avrasiya.net-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bu təxribatların qarşısını alır:

“Qürur doğuran haldır ki, hər bir Azərbaycan vətəndaşı bu gün həmrəydir. Qarabağ Azərbaycanın tarixi torpağıdır, bütün torpaqlarımız işğaldan azad edilməlidir. Beynəlxalq ictimaiyyət də cəmiyyətimizdəki bu yekdil fikri görməlidir. Ən əsası Azərbaycan xalqının iradəsidir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir:

“Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sürükləyir”.

H.Hacıyev nəzərə çatdırıb ki, Bakıda həmrəyliklə bağlı aksiyaya xələl gətirmək istəyən zümrələr olub :

“Onlar da öz layiqli cəzalarını alacaqlar. Dövlət və xalq birliyinə xələl gətirənlərə yer yoxdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər