Sizin Reklam Burada

Rufiz Qonaqov: Bu dəfə ermənilərin heç bir yalvarışlarına Azərbaycan məhəl qoymayacaq

Rufiz Qonaqov: Bu dəfə ermənilərin heç bir yalvarışlarına Azərbaycan məhəl qoymayacaqİyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu Ağdam kəndi istiqamətində erməni silahlı birləşmələri növbəti dəfə Azərbaycan torpaqlarına minaatanlardan və qumbaralardan silahla atəş açıblar və təxribat törədiblər. Azərbaycan ordusu düşmənə layiqli cavabını verib.

Bu fikirləri Day.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib.

"Əldə etdiyimiz məlumatlara görə xeyli sayda düşmən məhv edilib. Bu Ermənistanın Azərbaycana qarşı və Azərbaycanın sərhəd boyu torpaqlarına qarşı təxribat törətməsi ilk dəfə deyil. Azərbaycan ordusu bugün istənilən təxribata cavab vermək iqtidarındadır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, düşmən öz layiqli cavabını həmişə alıb və bundan sonra da alacaq. Şəhidlərimizin heç bir zaman qisası yerdə qalmayacaq", - deyə R.Qonaqov vurğulayıb.

Politoloq bildirib ki, düşmənin bu təxribatı növbəti dəfə bir daha onu göstərdi ki, Ermənistan işğalçı və terrorçu ölkədir.

"Dünya birliyi, dünya ictimaiyyəti, ATƏT-in Minsk Qrupu təxribatçını, işğalçını öz adı ilə çağırmalı, məhz Ermənistan həm Azərbaycan üçün, həm dünya birliyi üçün qara ləkədir və bu ölkə öz layiqli cəzasını almalıdır".

Sədr həmçinin qeyd edib ki, Qarabağ istiqamətində qoşunların təmas xəttində də əgər bu təxribatlar baş verərsə (və bu da istisna olunmur), sözsüz ki, aprelin 2016-da baş verən döyüşlər yenidən təkrarlanacaq. Bu dəfə ermənilərin heç bir yalvarışlarına Azərbaycan məhəl qoymayacaq.

"Azərbaycan ordusu hər an, hər dəqiqə öz torpaqını azad etmək əzmindədir və Ali Baş Komandanın əmrini gözləyir. Sadəcə olaraq ermənilərin ATƏT-in Minsk Qrupuna (Rusiya, Fransa, ABŞ-a) yalvarışları nəticəsində atəşkəs rejimi yenidən bərpa olunub. Ermənilər bunu başa düşmürlərsə, yaqin ki, Azərbaycan onlara başa salmaq məcburiyyətindədir, çünki biz kiminsə ərazisini işğal etməmişik, biz öz torpaqlarımızı azad etməliyik. Ya Ermənistan rədd olub getməlidir Azərbaycan torpaqlarından, ya da Azərbaycan öz torpaqlarını istər sülh yolu ilə, istərsə də hərb yolu ilə azad edəcək.

Azərbaycan ordusu hər an düşməni yerinə nəinki otuzdurmağa, öz torpaqını qısa zamanda, heç bir ay olmaz ki, bütün torpağlarımızı azad etmək gücündədir. Ermənistan bugün vassal, terrorçu və işğalçı ölkədir və bu ölkə bugün yalnız müəyyən havadarlarına arxalanır, amma bu dəfə onların köməyinə də havadarları çatmayacaq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər