Sizin Reklam Burada

Xalqımız, ordumuz, Ali baş komandanımızın əmrinə tam hazırdır

Xalqımız, ordumuz, Ali baş komandanımızın əmrinə tam hazırdırRəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini

Azərbaycan hər birimizin Vətənidir. Hər kəs, hər bir vətəndaş öz Vətəninin keşiyində durmalıdır. Hər birimiz əl- ələ verib Vətənin, ana torpağın müdafiəsində durmalıyıq. Ordumuz, cəbhədə döyüşən əsgərlərimiz, zabitlərimiz torpaqlarımızı etibarlı şəkildə müdafiə edir. Ermənistanın hər dəfə təxribat xarakterli hücumları zamanı ordumuz düşmənə layiqli cavabı verir. Tovuz bölgəsində baş vermiş növbəti təxribat zamanı igid əsgərlərimiz qanları bahasına tarix yazdı, o tarixin ən yüksək zirvəsinə şəhidliyə qovuşdular.Bu Bu gün Vətən keşiyində, torpaq uğrunda onun generalı əsgərləri ilə şəhid olursa belə xalq məğlub ola bilməz. Bu xalq belə igidlər yetişdirir, ona nəinki erməni kimsə bata bilməz. Ulu Öndərin belə bir sözü var"Mən Azərbaycan xalqının dəyanətinə, dözümünə, qəhrəmanılığına güvənirəm və əminəm ki,vbiz bütün sınaqlardan müvəffəqiyyətlə çıxacaq, torpaqlarımızı müdafiə edəcək, təcavüzkar qüvvələrin hamısına layiqli cavab verəcəyik....."

Bu gün güclü ordumuz, qəhrəman oğullarımız, əsgər və zabitlərimiz düşmənin bütün hücumlarının qarşısını qəhrəmancasına alır, onu anında dəf edir.

Son günlərdə cəbhə bölgəsindəki gərginlik nəinki Azərbaycanı, bütün dunya ictimaiyyətini narahat edir. Xüsusilə COVİD-19pandemiyasının tüğyan etdiyi, bütün ölkələrin birlik, bərabərlik içində olduğu bir vaxtda erməni xainlərinin təxribatı yolverilməzdir. Düşmən layiqli cavabını almışdır, amma unutmayaq ki, hər bir çatışmada itgilər olur. Torpağımız uğrunda şəhid olan igidlərimizə Allahdan rəhmət diləyirəm, məkanınız cənnətdir, cənnət qoxulu şəhidlərim.....

Bu gün xalqımız, ordumuz, Ali baş komandanımızın əmrinə tam hazırdır. Bu gün birlik, bərabərlik günüdür. Hər bir şəxs Vətən uğrunda döyüşə tam hazırdır,buna sübut cəbhə bölgəsinə könüllü getmək üçün baş vuranların saysız -hesabsız olması, cəbhə bölgəsinə can atan insanların olmasıdır. Erməni əsgəri qaçmasın deye post qurulur,biz xalqımız cəbhə bölgəsinə girməsin deyə post qururuq. ikimiz arasındakı ən böyük fərq də budur. Azadlıq meydanı xalqımızın tarix yazdığı, Dirçəliş günü yazan meydanıdır. Şəhidlərimizin dəfnindən sonra bütün xalqın Azadlıq meydanına axışması bir daha sübut etdi ki, xalq Baş Komandanından əmr gözləyir, hər an müharibəyə hazırdır. Bu vətənpərvərlik selinin gücü mənfur düşmənlərimizi də içimizdəki düşmənləri də elə qorxutdu ki, bunu təxribatla qarşısını almağa, xalqı yönləndirməyə çalışdılar.Saf gənclərin duyğuları ilə oynamaq istəyən qüvvələr həmişə olduğu kimi yenə iş başındaydı. Bəzi insanları bilərəkdən parlamentə, polisə yönləndirən qüvvələr buna nail ola bilmədi. Amma nədən bu baş verdi, nədən bu qüvvələr bu birliyimizə kölgə salmağa çalışdı. Burada maariləndirici tədbirlərə ehtiyac var idi. Çünki televiziya, radio, sosial medya bu işdə önəmli rol oynayır. Bəzi insanlar sosial medyadan sui-istifadə edərək xalqı yönləndirməyə çalışdı, bu qüvvələr çaşqınlıq, təxribat, xaos yaratmaq istədilər. Ən önəmli insanlarımız bunlara inanmamalı, diqqətli olmalı, təxribata gəlməməlidir. Düşmən həm cəbhədə, həm daxildə bizi qarışdırmamalıdır.

Əziz gənclərimiz, şaiyələrə inanmayıb, sübutsuz məlumatlar, cəbhə bölgəsinə aid məlumatlar paylaşmayın, son dərəcədə diqqətli olun. Düşmən bizi izləyir, oyunlara gəlməyin. Şəhidlərimiz bu torpaq üçün həyatlarını qurban verdi unutmayın. Onların ailə üzvlərinin acısını paylaşmayın, başınızı dik tutun, düşmənə sevinməyə macal verməyin, sağduyulu olun. Torpaq bizim, Vətən bizim onun üçün ayıq, sayıq olun.

"Bizim şəhidlərimizin xatirəsinə ən böyük abidə Azərbaycanın istiqlaliyyətini, müstəqil Azərbaycandır".
Ulu Öndər Heydər Əliyev

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər