Sizin Reklam Burada

Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması bəşəriyyət üçün önəmli addımdır

Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması bəşəriyyət üçün önəmli addımdırHeç kimə sirr deyil ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bir dövlət başçısı kimi dünya liderləri, siyasətçiləri arasında özünəməxsus çəkisi olan dövlət adamı kimi tanınır. Cənab Prezidentin bütün çıxışları, nitqləri, nüfuzlu KİV-lərə verdiyi müsahibələr beynəlxalq aləmdə həmişə rəğbətlə qarşılanır. Eləcə də verdiyi önəmli təkliflər, irəli sürdüyü təşəbbüslər onun nüfuzundan xəbər verir. Elə bunlardan biri də Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri kimi cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifidir. Və bu təşəbbüs həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.

Təklifi dəstəkləyən ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat vermişlər. Eləcə də Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirmiş və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirmişdirlər.
Xüsusi Sessiyayanın dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.
Ümumiyyətlə BMT tarixində bu günədək 31 Xüsusi Sessiya keçirilmişdir.

Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Azərbaycanın təklifi ilə baş tutacaq Xüsusi Sessiya isə ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Dünyada məlum pandemiya ilə əlaqədar BMT Baş Assambleyası mart ayından etibarən öz fəaliyyətini dayandırıb və öz işinə nə vaxt başlayacağı da məlum deyil. Mütəzəssislər və ÜST tərəfindən verilən proqnozlara görə pandemiyanın ikinci dalğasının payizda olacağı gözlənilir. Bu nöqteyi-nəzərdən BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər.

Amma dünya səviyyəli problemlər mövcuddur və bunun müzakirəsi, həlli yallarının tapılması labüddür. Bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq qurum isə BMT-dir. Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat bəs niyə məşğul olmur. Özü də müasir texnologiyanı mövcud imkanları vəziyətində. Artıq bu imkanlar sayəsində dünya liderləri, beynəlxalq təşkilatlar və s. vifeoformatda çox nufuzlu görüçlər təşkil edib, məsələlər müzakirə ediblər. Doğrudur, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və kifayət qədər müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə tərəfi ilə məşğuldur. Belə bir mürəkkəb durumda məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri ilə kim məşğul olmalıdır. Ona görə də dünyanın bu nüfuzlu təşkilatının susması və fəaliyyətsizliyi, xüsusən də qeyd olunduğu kimi bu günkü texniki imkanlar şəraitində çox təəssüf yaradır.

Ona görə də ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir və bundan böyük gözləntilər var.
Virtual formatda belə bir önəmli tədbirin keçirilməsi bir yenilikdir. Olsun ki, bu tənzimləyici prosedur qaydalarının olmaması ilə əlaqədardır. Amma bu prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir. lakin susqunluq və fəaliyyətsizlik də doğru deyil. İkinci Dünya Müharibəsindən sonrəkı dönəmdə bəşəriyyət ən böyük təhlükə ilə üzbəüz qalıb. Ən nüfuzlu səhiyyə imkanlarına malik dövlətlər belə bu problem qarşısında gücsüzdür. Ona görə də BMT bir təşkilat isə bu qlobal problemin həllindən kənarda qalmamalıdır. Vəziyyətin ciddiliyini nəzərə alaraq müstəsna hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir. Qeyd olunduğu kimi, bu təcrübə artıq var.

“Böyük Yeddilik” və “Böyük İyirmilik” kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək və iradə lazımdır. Təhlükəsizlik Şurası üzvləri olan dövlətlər yubanmadan Xüsusi Sesiyanın tez bir zamanda keçirilməsinə qərar verməlidir.

Azərbaycan bu çətin dövrdə artıq bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir. Nüfuzlu təşkilatların rəhbərliyi, tanınmış insanlarla videoformatda görüşlər keçirilmişdir. Azərbaycanda Pandemiya ilə bağlı görülən tədbirlərlə bağlı nüfuzlu KİV-lərə, telekanallara məlumat vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev eləcə də Pandemiyanın yaratdığı maneələrə cavab olaraq beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki sahədə dəstək verməyə hazırdır.

Ümid edirik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində BMT tez bir zamanda öz rəsmi fəaliyyətini bərpa edəcək, pandemiya ilə mübarizə məsələnin müzakirəsinə başlayacaq və bəşəriyyəti bu bəladan qurtarmaq üçün önəmli qərarlar verəcək.

Pənah İmanov
Xətai rayon İcra Hakimiyyəti İctimai-siyasi və
Humanitar məsələlər şöbəsinin müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər