Sizin Reklam Burada

“Ermənistanın təxribat üçün dövlət sərhədini seçməsi məqsədlidir”

“Ermənistanın təxribat üçün dövlət sərhədini seçməsi məqsədlidir” Bu fikirləri son günlər dövlət sərhədində vəziyyəti gərginləşdirən Ermənistanın təxribatlarına münasibət bildirən Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkilinin sözlərinə görə Ermənistanın təmas xəttində təxribat törətmək üçün dövlət sərhədini seçməsi təsadüfi deyil, bir sıra məqsədlərə xidmət edir: “Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonları işğal etməsi nəticəsində iki ölkə arasında hərbi vəziyyət 30 ildir ki, davam edir. Və bu münaqişənin mərkəzi işğal olunmuş bölgədir. Ermənistan təxribatlarını bu bölgədən kənar yerdə – dövlət sərhədində həyata keçirməklə özünün guya dövlət sərhədinə müdaxilə olunmasını görüntüsünü yaratmaq istəyir. Bununla da, üzv olduğu hərbi birliyin – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini qazanacağını, bu qurumdan Azərbaycana qarşı hansısa bəyanat qəbul olunacağını xəyal edir. Amma ermənilərin bu arzusu elə arzu olaraq da qalacaq. KTMT-nın təcili iclası çağrılsa da, sonradan təxirə salındı. Yalnız bu gün qurum adından tərəfləri atəşkəsə çağıran formal bir bəyanat yayıldı. Səbəb aydındır – bu hərbi birliyə üzv dövlətlər ayrı-ayrılıqda Azərbaycanla çox gözəl əməkdaşlıq, hətta stratejli müttəfiqlik münasibətlərinə malikdir. Heç kim, beynəlxalq münasibətlər sistemində hər hansı çəkiyə, mövqeyə malik olmayan Ermənistana görə Azərbaycana qarşı olan bəyanata imza atmaz. Elə buna görə də, nə ermənilərin arzuladığı iclas baş tutdu, nə də Azərbaycanı təhdid edən bəyanat oldu”.

A.Məmmədov bildirir ki, Azərbaycan xalqının, dövlətinin, ordusunun mövqeyi ölkə Prezidentinin son çıxışlarında, xüsusilə, Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan olundu: “Cənab Prezident bildirdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Dövlət başçısının bu iradəsi son günlərdə Azərbaycan xalqının nümayiş etdirdiyi dəyanətlə, torpaqlarımızı işğaldan azad etmək üçün hər an savaşa hazır olması ilə üst-üstə düşür. İndiki ağır karantin şəraitinə baxmayaraq torpaq, Vətən məsələsi önə çıxarkən, Azərbaycan xalqı pandemiyanı da, koronavirusu da, çətinlikləri də ikinci plana keçirdi, döyüşə hazır olduğunu nümayiş etdirdi. Hesab edirəm ki, həm Ali Baş Komandanın qətiyyəti, həm Azərbaycan xalqının döyüş əzmi, həmçinin, beynəlxalq birliyin reaksiyaları Ermənistanı bu cür təxribatlardan çəkinmək üçün ciddi siqnal olmalıdır. Əks təqdirdə, növbəti belə təxribatlardan biri onun üçün ağır nəticələrə səbəb olacaqdır”.

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın bir sıra parlament ittifaqlarına müraciət üvnanladıqlarını nəzərə çatdıran deputat, beynəlxalq təşkiilatların, o cümlədən, ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə təcili səfər etməsinin, hadisələrə düzgün qiymət verilməsinin zəruriliyini qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər