Sizin Reklam Burada

Bu təxribata daha ağır cavab verilməlidir – Millət vəkili

Bu təxribata daha ağır cavab verilməlidir – Millət vəkiliÖncə şəhidlərimizin ailə üzvlərinə və xalqımıza dərin hüznlə başsağlığı verir, yaralıların sağalması üçün Allaha dua edirəm.

Avrasiya.net xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

Ermənistanın Tovuz istiqmətində sərhəddə törətdiyi təxribatlara münasibət bildirən Qüdrət Həsənquliyev təxribatın məqsədyönlü xarakter daşıdığını vurğulayıb:

“Təxribat barədə onu deyə bilərəm ki, biz mənfur bir düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqvaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir. Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən bu təxribatı sanksiyalaşdıra bilər. Amma təxribatın ordu daxilindəki Qarabağ klanına bağlı narazı qüvvələr tərəfindən təşkil olunduğunu da istisna etmək olmaz. Bu təxribat böyükmiqyaslı döyüşlərə başlamazdan əvvəl Ordumuzun döyüş qabiliyyətini yoxlamaq üçün kəşfiyyat xarakterli əməliyyat da ola bilər. Amma kimin tərəfindən və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir. Ümid edirəm, Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər