Sizin Reklam Burada

Azərbaycan layiqli yerini əldə edib - Məzahir Əfəndiyev

Azərbaycan layiqli yerini əldə edib - Məzahir Əfəndiyev 2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən 17 Davamlı İnkişaf Məqsədinin yekdilliklə qəbul edilməsi dövlətlər üçün iqtisadi və siyasi inkişaf siyasətlərinin hazırlanması baxımından tarixi anlam daşıyır. Bu qlobal sənəddən irəli gələrək Cənab Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası heç bir sahəni diqqətdən kənarda qoymayaraq, onlar arasında tarazlı, inteqrə edilmiş və ardıcıllığı qorunmuş davamlı inkişafa yönəlik milli icra mexanizminin formalaşmasına nail olmuşdur.

Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanda aparılan dərin islahatların məntiqi nəticəsidir ki, ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib: "Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, DİM-lə bağlı iki könüllü hesabat hazırlayıb və növbəti 3-cü hesabatın hazırlanması istiqamətində iş aparılır. DİM-lə əlaqədər olaraq 2018-ci ildə Azərbaycan “1-ci Bakı forumu” altında regional konfransa ev sahibliyi etmiş, bu il də oktyabr, noyabr aylarında “2-ci Bakı forumu”nun keçirilməsi üçün işlər aparılmaqdadır.
Bu il BMT tərəfindən hazırlanmış 2020-ci il “Davamlı inkişaf hesabatı” hesabatında da haqlı olaraq həyata keçirilmiş işlərin fonunda Azərbaycan layiqli yerini əldə etmişdir, belə ki, 166 ölkə arasında 54-cü yerdə qərarlaşmışdır. DİM-in əsas məqsədi heç kimi arxada qoymamaq, hər bir insanın yaşayış üçün bütün sahələrə əlçatanlığını təmin etməkdir və bu məqsədlərə nail olmaq üçün əsas məsələ idarəetmədir".

Millət vəkili deyib ki, bu gün Cənab Prezident tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi, dərin islahatların effektivliyini təmin etmək məqsədilə hərtərəfli və xüsusilə də elmə əsaslanmış idarəetmənin naticəsindən mümkün olmuşdur. Təsadüfi deyil ki, hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmamış, bərabərsizliyi ifadə edən Cini əmsalı isə Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biri olaraq dəyərləndirilməkdədir: "Bütün bunlar bir daha göstərir ki, hətta çətin pandemiya şəraitinə baxmayaraq, Azərbaycanda iqtisadi artım var, müşahidə olunur və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təməlində hər bir vətəndaşın sosial rifahının qorunması dayanıb".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər