Sizin Reklam Burada

"15 iyun xalqımızın və dövlətçiliyimizin təhlükədən xilası və nicatı günüdür"

 "15 iyun xalqımızın və dövlətçiliyimizin təhlükədən xilası və nicatı günüdür"Xalqımızın xilaskarı‚ müstqəil Dövlətimizin qurucusu‚ Ümummilli Lider‚ Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya gəlişi ilə xalqımızın taleyində və müstəqil Dövlətçilik tariximizdə yeni bir şanlı dövr başladı. 1993-cü ilin iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsilə xalqımız ağır məşəqqətlərdən xilas oldu. 1993-cü ilin 15 iyun tarixi xalqımızın və Dövlətçiliyimizin təhlükədən xilası və nicatı günüdür. Bu gün dövlət və xalq olaraq var olmağımız Heydər Əliyevin xalqımıza ərmağanıdır..

Bunu‚ 15-iyun Qurtuluş Günüylə bağlı açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚ bütün ömrü boyu Azərbaycan və Azərbaycançılıq uğruna çalışan Dahi Şəxsiyyət Heydər Əliyev hələ Moskvada Partiyada olduğu zamanlardan Azərbaycanın maraqlarını qorumuş‚ müdafiə etmiş‚ xalqımızın milli ruhunun‚ milli şüurumuzun və milli kimliyimizin formalaşması üçün gecə-gündüz çalışmış və bu sahədə məqsədyönlü işlər aparmışdır.

Məhz Ulu Öndərin qətiyyətli davranışları Milli Oyanışımızın əsasını qoydu. Azərbaycanın haqq səsisini qaldıran Heydər Əliyev 1990-cı ildə vətənə qayıtdı. Doğulub böyüdüyü Naxçıvana gedən Heydər Əliyev‚ buradan ölkəmizin İstiqlaliyyəti uğrunda mübarizəyə başladı. O zamankı meydan firqurları olan bir çox şəxslər onun mükəmməl dövlətçilik təcrübəsinə yaxşı bələd olduğu üçün‚ hər vasitə ilə Heydər Əliyevin xalqımızın Milli Azadlığı və müstəqil Dövlətçiliyi uğrunda apardığı mübarizəyə və fəaliyyətlərinə var qüvvələrilə mane olmağa çalışırdılar. Lakin heçnədən çəkinməyən dahi şəxsiyyət Heydər Əliyev Naxçıvandan xalqımızın Milli Azadlığının və müstəqilliyinin əldə olunması istiqamətində işlər aparırdı. O‚ xalqı maarifləndirmək yolunu tutmuş və bu yolda bütün potensialını sərf edirdi.

Nəhayət 1990-cı ilin Noyabrın 17-də Naxçıvan Ali Məclisində o zaman Ali Məclisin sədri olan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimizin və İstiqlaliyyətimizin ilk rəmzi olan müstəqil üçrəngli bayrağımız qəbul edilərək Naxçıvan səmalarına qaldıdırıldı. Bununla da ölkəmizin ilk müstəqilliyinin təməlləri Naxçıvanda məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayrağın təkrar 1990-cı ildə qəbul edilərək Azərbaycan səmalarıma qaldırılması faktiki olaraq müstəqilliyimizin təməli idi. Məhz bu günkü müstəqillik təməlləri ilk dəfə xalqımızın böyük oğlu‚ dahi şəxsiyyət‚ Ulu Öndər Heydər Əliyev tərəfindən atıldı.

Elə bundan sonra müstəqillik və azadlıq şüarları bütün Azərbaycanı bürüdü. Bununla da İstiqlaliyyətə gedən yol açılmış oldu. Ürəyi azadlıq eşqi ilə döyünən xalqımız gecə-gündüz meydanlara çıxıb Sovet əsarətinə etiraz edərək müstəqillik tələb etdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqillik aktına imza atdı və 1990-cı ilin 17 noyabrından başlanan proses 1991-ci ilin 18 oktyabrında bütünlüklə müstəqillik əldə edilməsi ilə sona çatdı. Qazanılmış bu müstəqilliyin əldə edilməsində Heydər Əliyevin xidmətləri misilsizdir.

Məhz onun siyasi manevrləri və xidmətləri‚ bütün ölkə əhalisində bir stimul rolunu oynamışdı. 1993-cü ildə xalqın təkidli və israrlı tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev o zaman ölkəni bürümüş dəhşətli tragedik və dramatik durumdan‚ ölkəni cənginə almış qardaş qırğınından‚ kəskin siyasi böhrandan‚ məşəqqət və müsibətlərdən öz siyasi bacarığı və zəngin dövlətçilik təcrübəsi ilə xalqımızı xilas etdi. 1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsində xalqımızın yekdilliklə səs verərək Ulu Öndəri Dövlət başçısı vəzifəsində görmək istəməsi ilə Prezident seçilən Ümummilli Lider Heydər Əliyev müstəqil Dövlətçiliyimizin yaranması istiqamətində cidi islahatlara başladı.

Məhz bundan sonra milli Dövlətçiliyimizin əsası qoyuldu və müstəqil dövlətimizin yaradılması prosesləri başladı. Hər sahədə geniş işlər həyata keçirən müdrik şəxsiyyət Heydər Əliyev Cənubi Qafqaz regionun ən qüdrətli ölkəsi olan‚ bütün dünyada müstəqil siyasət yeridən‚ öz sözünü dünya birliyində müstəqil şəkildə deməyi bacaran‚ hər an yüksək inkişaf dövrünü yaşamaqda olan və güclü orduya malik parlaq bir Azərbaycan yaratdı.

Bununla da Azərbaycanda şanlı bir tarix başladı, Azərbaycanın mükəmməl dövlətçilik təməllərinin yüksək səviyyədə qurulması, müstəqilliyimizin, suverenliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bütün dünyaya tanıdılması, ölkəmizin sıfırda olan büdcəsinin və olmayan iqtisadiyyatının dirçəldilməsi, inkişaf etdirilməsi və əvvəlki iqtidarın yaratdığı boşluqların, faciələrə yol açan halların aradan qaldırılması, habelə hərc-mərcliyin, anarxiyanın, özbaşınalığın, dərəbəyliyin qarşısının dərhal alınması proseslərinə başlanıldı. Həmin 1990-cı illərin əvvəllərindəki dövrdə səriştəsiz iqtidarın yaratdığı bütün problemlər‚ məhz Heydər Əliyev tərəfindən sürətlə aradan qaldırıldı, iqtiadiyyatı sıfırda olan, heçbir dövlət büdcəsi və maliyyə vəsaiti olmayan Azərbaycan dövləti sürətlə inkişaf etməyə, artıq hər bir sahədə öz sözünü deməyə başladı. Məhz bununla da, Azərbaycan regionun ən güclü ölkəsi statusunu qazanmağa nail oldu.

Dahi Şəxsiyyətin ideyaları Azərbaycan adlı bir ölkəni dünyaya çıxartdı. Müasir və qüdrətli Azərbaycan dövlətinin təməllərini atan Ulu Öndər Heydər Əliyev‚ həm də bu gün ölkəmizdəki təhlükəsiz mühitin memarıdır. Bu günkü ölkə rəhbərliyinin qüsursuz siyasəti Heydər Əliyevin ideyalarına və onun zəngin dövlətçilik dəyərlərinə əsaslanır. Xalqımız var olduqca bu dəyərlər də xalqımız tərəfindən qorunacaq və gələcək nəsillərə ötürüləcək. Və xalqımız var olduqca da Heydər Əliyev də hər zaman böyük sevgi ilə anılacaq. Çünki bu sevgini dahi şəxsiyyət özü xalqa olan misilsiz xidmətlərilə qazanmışdır.

Bütün ömrünü xalqın gələcəyi və dövləyçiliyimizin qorunması üçün həsr edən böyük şəxsiyyət Heydər Əliyev Azərbaycan tarixinin fenomeninə çevrildi. Milli Dövlətçilik dəyərlərimizin, müasir milli Azərbaycançılıq məfkurəmizin təməlinin qoyulması Ulu Öndər Heydər Əliyevin həyata keçirtdiyi ən böyük xidmət idi. Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğundan, ölkənin daxili və xarici təhlükəsizliyinin qorunmasına, iqtisadiyyata, sənayeyə və bütün istiqamətlərə həsr olunmuş güclü Dövlətçilik strategiyasının bu gün uğurla davam etdirilməsi Azərbaycanın yüksək və sürətli inkişafını təmin edən və bilavasitə şərtləndirən, iqtisadiyyatın davamlılığını‚ ölkənin inkişafının dinamikliyinin qorunmasını təmin edən ən mühüm amil və faktordur.

Hazırda Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu dəyərlər Azərbaycanı günbəgün və anbaan inkişafa aparmaqdadır. Ölkəmizin bütün uğurları, Azərbaycanın bu gün müstəqil bir ölkə olaraq bütün dünyada öz sözünü layiqincə deyə bilməsi, Azərbaycanın vaxtilə parçalanmaqdan xilas olaraq təşəkkül tapması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin əbədiləşdirilməsi, möhkəmlənməsi və uğurla gələcək nəsillərə ötürülməsi Ulu Öndər Heydər Əliyev siyasi ideyalarının nəticəsidir.

Mirsamir Məmmədov qeyd edib ki‚ bu gün eynən bu siyasi xətt üzrə‚ Ulu Öndər Heydər Əliyevin dövlətçilik dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsi ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevin mükəmməl Dövlətçilik təcrübəsinin açıq təzahürüdür. Eləcə də hər birimiz Ulu Öndərin yaratdığı müstəqil Azərbaycançılıq yolunda suverenliyimizin və dövlətçiliyimizin qorunması və təhlükəsizliyi istiqamətində əzmlə çalışmalı və dövlətimizin maraqlarının təmin edilməsində fəal olmalıyıq.

Bu gün Azərbaycanın bir dövlət olaraq var olması‚ xalqımızın əmin amanlıq içərisində və təhlükəsizlik şəraitində yaşaması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsindədir. Və həmçinin o cümlədən‚ bu gün möhtərəm cənab İlham Əliyev tərəfindən bütün Dövlətçilik və Azərbaycançılıq məfkurəsinin‚ Ulu Öndərin zəngin inkişaf strategiyalarının qorunması və daha da inkişaf etdirilməsi‚ Heydər Əliyev dühasının uğurla və layiqli davam etdirilməsi də məhz Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevin xalqımıza misilsiz xidməti və töhvəsidir.

M. Məmmədov bildirib ki‚ Ulu Öndərin ruhuna və əmanətlərinə sadiqlik rəmzi olaraq‚ Dövlət maraqlarına xidmət etmək və bu müqəddəs dəyərləri‚ yəni Dövlətin maraqlarını qorumaq və Dövlətin siyasətini icra etmək‚ Ulu Öndər Heydər Əliyevin siyasi kursuna‚ dahi liderin dövlətçilik ideyalarına və ölkə rəhbərinin siyasətinə sədaqətlə xidmət etmək hər kəsin üzərindəki müqəddəs vəzifədir. Dövlətin və xalqın təhlükəsizliyinin qorunmasında və ölkəmizin milli maraqlarının təmin olunmasında hər kəs əlindən gəldiyi qədər xidmət etməlidir!

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və hər zaman tətbiq edilməsi‚ ölkə başçısının siyasətinin və hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüslərinin icrası ölkəmizin inkişafının, yüksəlişinin, artan xəttlə güclənməsinin‚ daxili dinamikanın‚
ən əsası isə Azərbaycanın və xalqımızın təhlükəsizliyinin‚ əmin-amanlığının qorunmasının yüksək təminatıdır.

M. Məmmədov sonda qeyd edib ki‚ bütün ömrünü Azərbaycançılığa həsr edən böyük şəxsiyyətin həyatda yaşadığı hər bir an xalqımız üçün böyük qazanc olub. O‚ Bütün ömrü boyu xalqımızın maraqlarının qorunmasına çalışmışdır. Minilliklər də keçsə xalqımız Ulu Öndər Heydər Əliyevi hər zaman sevgi və rəğbətlə xatırlayıb anacaq.
Xalqımızın Ümummilli Lideri‚ müstəqil Dövlətçiliyimizin banisi‚ Ulu Öndər Heydər Əliyevə ALLAH rəhmət eləsin. Məkanı cənnət olsun. Ulu Öndər Heydər Əliyevin bizlərə əmanət və ərmağan etdiyi bu müstəqil Dövlətin suverenliyi daimi‚ əbədi‚ sarsılmaz və möhkəm olsun! AMİN.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər