Sizin Reklam Burada

Radikal müxalifət torpaq, Vətən, ailə, ana, dil, millət kimi dəyərlər uğrunda çarpışmağa hazır deyil

Radikal müxalifət torpaq, Vətən, ailə, ana, dil, millət kimi dəyərlər uğrunda çarpışmağa hazır deyilAnar MƏMMƏDOV,
Milli Məclisin deputatı

Bütün dövlətlərdə olduğu kimi Azərbaycanda, ölkəmizdən kənarda yaşayan vətəndaşlarımız arasında hakim partiyanın, iqtidarın siyasətini bəyənməyən müəyyən qüvvələr var. Yəni, müəyyən qədər müxalifət mövqeyində olan insanlar var. Bu təbii bir prosesdir. Amma məsələ burasındadır ki, Azərbaycandakı iqtidara müxalif mövqe sərgiləyən insanların böyük bir qismi ölkə daxilindəki ictimai-siyasi prosesləri lazımınca bilmirlər. Müxalifət cəbhəsində son durum bundan ibarətdir ki, öz şəxsi ambisiyaları və maraqları naminə milli dəyərlərdən uzaq düşmüş bir qrup xəyanətkar şəbəkə təmsilçiləri ənənəvi qrant üslubunu dəyişərək artıq yeni növ mənəviyyatsız siyasi mübarizə metodunun təbliğinə start veriblər.

Dırnaqarası sözlə desək, təfəkkürü ancaq pula görə hansısa bir məhsul istehsal etmək, təhqir, söyüş, fəaliyyətsizlik, böhtan və qara yaxmaq kimi mübarizə üsulları radikal müxalifətin əsas fəaliyyət prinsipinə çevrilib. Bu istər ölkəmizdə keçirilən seçkilər ərəfəsində, istər yüksək tədbirlər ərəfəsi, istərsə də dünya dövlətlərinin koronavirusla mübarizə apardığı zaman radikal düşərgə təmsilçilərin əsl xislətini açıb ortaya qoyur.

Bu gün dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, bütün vasitələrdən istifadə etməklə ölkədə qarışıqlıq yaratmağa çalışır, erməni və ermənipərəst qüvvələrin təsiri altında öz fəaliyyətini davam etdirir. Artıq belələri üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər kimi anlayışlar çoxdan yadlaşıb. Məqsəd isə birdir-onlara verilən “tapşırıqları” icra etmək, bunun müqabilində “xarici dayılarından” qrantlar qoparmaq…

Şübhəsiz ki, xalq artıq dağıdıcıların bu manevrlərini çoxdan başa düşüb və onların əsl niyyətlərini yaxşı bilir. İstər ABŞ-da, istər Avropada, hətta Rusiyada da bəzi ermənipərəst dairələr yaxşı bilirlər ki, Azərbaycanda “beşinci kolon” rolunu oynayan AXCP-nin sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimilər sıravi əsgərləri və ordusu olmayan "general" dan başqa bir kəs deyillər.

Vətən, torpaq, dil, din, millət, ana, valideyn, mənlik kimi dəyərlər bizim hər birimiz üçün müqəddəs dəyər sayılmalıdır. Müqəddəs dəyər hesab etdiyimizin uğrunda çarpışmalı, onu qorumağa çalışmalıyıq. Laki bu gün radikal müxalifət cəbhəsində "dəyər" anlayışı çox dar çərçivədə başa düşülür. Çoxları dəyərli olmağı ancaq öz ailəsinə, yaxın adamlarına söz deyilməsinə imkan verməməkdə görür. Bəzi radikal müxalifətçilərdə Avropa psixologiyası o qədər üstünlük tapıb ki, onlar Vətənə qarşı dəyərsiz mövqe sərgiləməyə adət kimi baxırlar.

Müsəlman adətinə görə, torpağı işğal altında olan ölkə müxalifətinin qüruru yol verməli deyildir ki, düşməninə əl verib onunla görüşsün və ya onunla qucaqlaşıb görüşsün. Bu hal ən azı o ölkənin torpağının qorunması uğrunda canlarından keçmiş şəhidlərə ehtiramsızlıq və hörmətsizlikdir. Bu kimi hərəkətlər, azərbaycanlıların adına və nüfüzuna ləkə gətirməkdən başqa bir şey deyil. Lakin sadaladığım bu faktlar bizim radikallara tamamilə yad olan bir məfhumdur. Bu isə radikal müxalifət düşərgəsində müqəddəs dəyərlərin deqredasiyaya uğramasından xəbər verir. Radikal müxalifət təmsilçiləri torpaq, Vətən, ailə, ana, dil, millət kimi dəyərlər uğrunda çarpışmağa hazır deyil. Digər tərəfdən radikal müxalifət öz millətlərinə, xüsusilə radikal müxalifətin rəhbərlərinin əksəriyyəti Azərbaycan millətinə xor baxmağa başlayıb. Onların məqsədləri bir cəbhədə birləşir. Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq, adi cinayət hadisələrini siyasiləşdirmək, bu hadisəni törədənləri azadlıq "mücahidi" kimi təqdim etməklə Azərbaycan əleyhinə beynəlxalq təşkilatlarda müzakirə etmək üçün faktlar verməyə cəhd edirlər.

Bildiyimiz kimi, ABŞ Dövlət Departamenti indiyə kimi bir ç̧ox qrantlar verirdi. Söz azadlığına, demokratik təsisatlara pul ayırırdı. İndi isə bütün bu maliyyəni dayandırıb. Yalnız cinsi azlıqların müdafiəsi ilə məşğul olan qurumlar istisna təşkil edir. Belə olan təqdirdə isə öz anarxizmini və özbaşınalıqlarını söz azadlığı kimi qələmə verən sapı özümüzdən olan baltalar qəfildən əqidə bağlılığını deyil, sadəcə müəyyən qrup azlıqların müdafiəsi üçün vəkillik etmək sevdasına düşüblər. Bu formada ucuz təbliğat aparmaq isə heç bir siyasi təşkilata başucalığı gətirməz. Təbii ki bu fakt bir daha bizim qeyri-milli ünsürlərin növbəti dəfə sağlam olmayan mənbələrdən qidalanacağının sübutudur.

Azərbaycan xalqı artıq son 20-25 ildir ki, baş verən proseslərdən özü üçün praqmatik nəticələr çıxarıb. Ona görə də mən düşünürəm ki, bunlar nə qədər özlərini müxalifət generalları kimi təqdim etsələr də, xaricdəki düşmənlərimizin dərsləri və təlimatları ilə Azərbaycan dövlətçiliyinin əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qara yaxmağa çalışsalar da heç nəyə nail ola bilmiyəcəklər. Çünki xalqımız dağıdıcı müxalifətin milli-mənəvi, etik-əxlaqi, ideya-siyasi cəhətdən kasad “liderlərini” birmənalı şəkildə rədd edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər