Sizin Reklam Burada

Bu dəfə diplomatlar yox, Azərbaycan ordusu sözünü deməlidir

Bu dəfə diplomatlar yox, Azərbaycan ordusu sözünü deməlidirAzərbaycan Liberal Demokrat Partiyası (ALDP) ermənilərin Azərbaycanın işağl etdikləri Şuşada qondarma “Dağlıq Qarabağ Respublikası "prezident"inin inauqurasiya mərasiminin keçirməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Azərbaycanın tarixi torpaqlarında yaradılmış qondarma Ermənistan dövləti xarici havadarlarının yardımı ilə Azərbaycanın Dağlıq Qarabağını da işğal edib. Orada yaşayan azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib. Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla yüzlərlə dinc mülki əhali erməni şovinistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, minlərlə insan əsir və girov götürülmüşdur.

Erməni separatçıları 27 ilə yaxın “Sülh danışıqlarından” istifadə edərək qondarma “Respublikasında” mütamadi olaraq seçkilər keçirirlər. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri, eləcə də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi Qətnamələrlə, ermənilərin qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməsi tələb edildiyinə baxmayaraq, erməni separatçıları buna məhəl qoymayıb.

Tanınmamış qondarma “DQR”-də keçirilən “seçkilər” bütün beynəlxalq normalara ziddir.

Bu gün mayın 21-də Azərbaycanın qədim Şuşa qalasında qondarma “Dağlıq Qarabağ Respublikası "prezident"inin inauqurasiya mərasiminin keçirməsi planlaşdırılıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin susqunluğunu görərək Ermənistanın baş nazirin iştirakı da nəzərdə tutulub.

ALDP hesab edir ki, ATƏT-in Minsk qrupun və bəzi beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ikili standartların mövcudluğu Azərbaycan xalqında hiddət yaradır.

ALDP hesab edir ki, Azərbaycan “Sülh danışıqlarından” imtina etməlidir və işğal olan torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyata başlanmalıdır.

Torpaqlarımızın işğaldan azad olunmasında ALDP dövlətimizin yanındadır. Bəyan edirik ki, artıq danışıqlara son qoyulmalı və silaha əl atılmağın vaxtıdır.

Bu dəfə diplomatlar yox, Azərbaycan ordusu sözünü deməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər