Sizin Reklam Burada

Siyasi analitik Trampın məktubunun detallarından danışdı

Siyasi analitik Trampın məktubunun detallarından danışdıSon günlər Azərbaycanın yeritdiyi müstəqil siyasət, hətta xeyli balanslaşdırılsa belə bir çox regional dövlətlərin, xüsusilə qonşularımızın çox güclü müqaviməti və təzyiqi ilə üzləşirdi. Hətta bütün qonşu ölkələrdən ölkəmizə qarşı olan neqativ təzyiqin eyni vaxtda güclənməsi, bunun vahid mərkəzdən idarəolunması ilə bağlı xeyli sualları da ortaya çıxarırdı.

Bunu Avrasiya.net-ə siyasi analitik Turab Rzayev bildirib.

Analitik qeyd edib ki, təsəvvür edin, ilk öncə Ermənistan və Azərbaycan xarici işlər nazirləri Moskvaya çağırılır, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparılır və danışıqların gedişində Ermənistan xarici işlər naziri deyir ki, biz sizə ümumiyyətlə işğal altında olan hansısa ərazini – yəni, heç nə qaytarmayacağıq. Bu danışıqların isə sadəcə bir predmeti var: işğal olunmuş ərazilərin qaytarılması və status: "Onda sual qoyula bilər ki, bəs əgər heç bir halda, heç bir ərazinin qaytarılması müzakirə olunmayacaqsa, onda cənab Lavrov nazirləri Moskvaya niyə toplayır. Və yaxud Ermənistan XİN rəhbəri ümumiyyətlə, Moskvaya niyə gəlib. Elə bununla paralel olaraq, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı irqçi-faşist söyləmlər tirajlanmağa başlayır. Və bu bir neçə vəzifəli şəxsin adından, bir neçə dəfə səsləndilir, ölkənin sosial mediasını bürüyür. Nəzərə alsaq ki, Gürcüstanın yeni rəhbərliyi dövründə daha əvvəl də bir neçə belə qeyri diplomatik çıxış görmüşük və Keşikçidağda sərhəd münaqişəsi yaşamışıq, mənzərə daha da aydın olur. Gürcüstandakı millətçi qüvvələrin hardan idarə olunduğu heç kəsə sirr deyil. Eyni vaxtda azərbaycanlılar yaşayan ərazilərdə karantinin sərt şərtlərlə və daha uzun müddətə, yüksək cərimələrlə tətbiq edilməsinin, sırf koronavirus pandemiyasının yayılması ilə bağlı olmadığına dair güclü şübhələr vardır. Bütün bu hadisələrə parallel olaraq, Ermənistan Silahlı Qüvvələri daynmadan Qazax istiqamətində, Qazax üçbucağı adlandırdığım Gürcüstanla hər iki ölkənin kəsişmə nöqtəsinə atəş açır".

T.Rzayev bildirib ki, Qazax üçbucağı bütün strateji nəqliyyat və daşıma xətlərinin keçdiyi ərazilərə nəzarət imkanı verir. Eyni vaxtda, Xəzərin o tayında qəribə hadisələr baş verir. Qazaxstanın yeni prezidenti ümummilli rəhbər Nazarbayevin nəzarətindən çıxmağa çalışır. Özünü Türk dünyasının ağsaqqalı kimi görən və Azərbaycana həmişə dəstəyini əsirgəməyən Nazarbayevdən fərli olaraq, yeni president Ermənistan və saxta erməni soyqırımı ilə bağlı anlaşılmaz açıqlamalar verir. Və budur: gözlənilmədən azərbaycanlı balıqçılara atəş açılır, bir nəfər ölür, digərləri həbs edilir. Gündən Qazaxstanı müzakirə edib bitirməmiş, İranla işğal olunmuş ərazilər arasında tikilən su anbarı və körpülər mətbuata servis edilir, Azərbaycanın maraqlarının qorunmadığı bildirilir:

"Diqqətlə baxdıqda, sanki hansısa sehrli əl Azərbaycanı mühasirəyə alır. Və bu həmişəki kimi, ehmalca, yavaş-yavaş deyil, bir az da sərt, qaba, göstərə-gəstərə nümayişkəranə şəkildə edilir. Və budur, elə bu vaxt Amerika Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika günü münasibəti ilə təbrik edir. Maraqlıdır ki, müstəqllik günündən düz iki həftə əvvəl. Burada 2 məsələ diqqəti xüsusilə cəlb edir. Birincisi, məktubun zamanlaması: Trampı 2 həftə əvvəl məktub yazmağa, Rusiya və İran kimi qonşularımızı bu qədər tələsməyə vadar edən nə idi?! Digər məsələ, məktubun mətni: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.” Daha sonra, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi dəstəyin qiymətləndirilməsi, Amerika xalqının Azərbaycan xalqının yanında olması və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllində güclü dəstək ifadə olunur. Əlbəttə ki, insan haqlarını bağlılıqlarını da bir daha ifadə edirlər. Amma düşünürəm ki, bu məktubdakı ən böyük mesaj məhz elə suverenliyə və müstəqilliyə qoyulan vurğudur.

Bildiyiniz kimi, demokratlardan fərqli olaraq, respublikaçılar həm siyasi və ideoloji yanaşma cəhətdən, həm də neft kartelləri ilə iç-içə olduqlarına görə, onların Azərbaycana baxışı həmişə daha konstruktiv olmuşdur. Müasir Azərbaycan tarixinin ən maraqlı və bəlkə də ən sirli görüşlərindən biri o vaxtki eks-prezident Ata Corc Buş ilə rəhmətlik Heydər Əliyevin 2000-ci ildə Buş ailəsinin Kennibunkport şəhərindəki rançosunda görüşü olmuşdur. Bu görüşdə bəlkə də sonrakı Azərbaycanın, neft Azərbaycanının yol xəritəsi müəyyənləşdirilmişdir. Kim bilir, bəlkə yeni bir görüşə ehtiyac var".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər