Sizin Reklam Burada

Özümü dərk etdiyim zamandan Heydər Əliyev şəxsiyyəti ilə fəxr etmişəm - Sadiq Qurbanov yazır

Özümü dərk etdiyim zamandan Heydər Əliyev şəxsiyyəti ilə fəxr etmişəm - Sadiq Qurbanov yazırMay ayının 10-da ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 97-ci il dönümüdür.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yazır ki, xalqları dünyada məhşurlaşdıran təkcə onların zəngin sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətlərdir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevdir:

"Mən özümü dərk etdiyim zamandan Heydər Əliyev şəxsiyyəti ilə fəxr etmişəm. Bu gün də millətini, xalqını sevən, onun inkişafı üçün yorulmadan mübarizə aparan, bütün dünyanın hörmətini qazanan, ”Mən fəxr edirəm ki,azərbaycanlıyam” deyən dahi bir şəxsiyyətlə eyni dövrdə yaşamağın qürurunu yaşayıram. Onun keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Rəhbər fəaliyyətinin bütün illərində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Məhz Heydər Əliyev şəxsiyyətinin çoxillik idarəçilik səriştəsi, siyasi bacarığı, xalqımızı müstəqillik arzularına qovuşdurdu".

Komitə sədrinin fikrincə, Müasir Azərbaycanımız dünya ölkələri arasında layiq olduğu yüksək mərtəbəyə, ümummilli liderimizin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Çünki, Ulu Öndərimizin bizə ərməğan etdiyi, yaratdığı bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbi bu gündə fəaliyyət göstərir və bu məktəbin layiqli davamçıları var. Ən çox inandığı davamçısını isə 2003-cü ildə xalqa belə təqdim etdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Gənc liderimiz öz növbəsində dahi rəhbərin bütün ümidlərini layiqincə doğrultmağı bacardı. İlham Əliyevin dövlət idarə etmə qabiliyyəti xalqımızın xoş rifahı, ümidli gələcəyi, ölkəmizin dinamik inkişafı, sürətli moderinləşməsi, dünyada nüfuz və söz sahibi olması ilə səciyyələnir. Heydər Əliyev ideyalarını ardıcıl olaraq uğurla həyata keçirməklə, cənab İlham Əliyev bir çox siyasi keyfiyyətləri – yüksək idarəetmə qabiliyyəti, dövrün çağırışlarına çevik reaksiya verməsi, xalqına, millətinə, dövlətinə, ən əsası keçmişinə, milli mənəvi dəyərlərə bağlı olması ilə dünyanın siyasi sistemində özünəməxsus yer qazanmışdır. Pandemiya (covid-19) ilə mübarizədə onun sadaladığımız kefiyyətləri daha qabarıq üzə çıxdı. Həm türk dünyası, həm 140 ölkənin təmsil olunduğu qoşulmama Hərakatının 40 üzvünü bu mübarizə çərçivəsində bir araya yığmaq, virusa qarşı birgə mübarizədə həmrəy olmasını təşkil etmək, dediklərimizə əyani misaldır:

"Hər kəs dərk etməlidir ki, Azərbaycanın nicatına aparan yol Heydər Əliyev siyasi kursuna—vətəninə, xalqına böyük məhəbbətdən, qanunların aliliyinə sədaqətdən, azərbaycanlı olmağın sonsuz qürurunu duymaqdan keçir" .

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər