Sizin Reklam Burada

Mənalı ömür yolu 1923-2003

Mənalı ömür yolu 1923-2003Rəşad Rəhmanov
Yeni Azərbaycan Partiyası Siyəzən Rayon təşkilatının sədr müavini

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin dünyaya ğöz açmasından 97 il keçir.

1923-cü ilin 10 mayında dünyaya göz açan ailəsinə sevinc bəxş edən bu uşaq kim bilərdi ki, gün gələcək doğulduğu, boy atdığı, yaşadığı ölkəsinə neçə-neçə sevinclər bəxş edəcək və onu dünya səviyyəsinə qaldıracaq, müstəqilliyimizin memarı olacaq.

Misilsiz xidmətlətləri ilə ulu öndərimiz Heydər Əliyev hər zaman Vətəni, xalqı üçün əziz olmuş və əməlləri ilə hər zaman yaddaşlarda yaşayır və yaşayacaqdır. Dahi insan, ulu öndər hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş, böyük azərbaycanlıdır. Ömrünü bir şam kimi Azərbaycanın gələcəyi, rifahı, yüksəlişi üçün əritmişdir. Hər insana dünya səviyyəsinə qədər yüksələn şəxsiyyətə çevrilmək nəsib olmur. İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Heydər Əliyevin ömür yolu Azərbaycan tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq.

Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, ümummilli lider, müasir, müstəqil Azərbaycanın qurucusu, unudulmaz övladı... bu ifadələrin hamısı yalnız ona aiddir, yalnız onun ünvanınadır. Çünki o, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Ulu öndər Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən birinə çevirdi. Azərbaycan xalqı haqlı olaraq bu böyük insanla fəxr edir.

Ulu öndər istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı. Qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəldi. Azərbaycanın müasir tarixində misilsiz uğurlara imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlunun ən böyük mirası güclü, sabitliyə qovuşmuş Azərbaycan və özünə layiq siyasi varisin yetişdirməsi idi.

Biz fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi dahi şəxsiyyəti var, həm də bu gün onun yolunu, ideyalarını davam etdirən layiqli Prezidentimiz İlham Əliyev var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər