Sizin Reklam Burada

Zirvə görüşü xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək

Zirvə görüşü xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək
Hikmət Şikarov
Yeni Azərbaycan PartiyasıPirallahı rayon təşkilatının sədri

Artıq 10 ildən çoxdur ki, Türk Şurası bütün keyfiyyəti, strukturunun mükəmməlliyi ilə fəaliyyət göstərir və gələcəyə böyük vədlər verir. Bu qurum sayəsində türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edə bilər. Amma yenə də əsas məsələ odur ki, müstəqil türk dövlətlərinin ayrı ayrılıqda inkişafı təmin olunsun və eyni zamanda türk dövlətlərinin qarşılıqlı əlaqələri o qədər geniş olsun ki, mədəniyyətdən başlamış bütün sahələrə qədər strateji əməkdaşlıq təmin edilsin. Yəni, türk dövlətləri hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir birilərini dəstəkləməlidir. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birliyini gücləndirməlidir.

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi virusun yayılmasının qarşısının alınması müstəvisində dost ölkələrin birgə əməkdaşlıq niyyətini ifadə etməklə bərabər, pandemiyadan sonrakı mərhələ üçün də mühüm əhəmiyyətə malikdir. Dünyada koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda videokonfransın keçirilməsinin əsasında virusa qarşı birgə dəstək kimi məqamlar dayanır. Təbii ki, ölkə başçısının belə bir təşəbbüslə çıxış etməsi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək. Zirvə görüşündəki nitqində Prezident İlham Əliyev Azərbaycanın Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər gördüyünü diqqətə çatdıraraq, Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımalarının mühüm əhəmiyyətə malik olduğunu vurğuladı. Ölkə başçısı ikinci ən mühüm məsələ kimi koronavirusla mübarizə məqamına da toxundu. Cənab Prezident ölkədə xəstəliyin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, səhiyyə sistemində köklü işlər görüldüyünü diqqətə çatdırdı. Belə bir məqamda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycanın üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər olduqca mühüm əhəmiyyətə malikdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər