Sizin Reklam Burada

Əli Hüseynli birinci vitse-spiker seçildi - DOSYE

Əli Hüseynli birinci vitse-spiker seçildi - DOSYE
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.

Avrasiya.net-in məlumatına görə, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker seçilib.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Qeyd edək ki, Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib.

1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib.

1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1988-1989-cu illərdə hərbi xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1993-cü ildə təhsilini başa vurub.

1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.

Hüquq elmləri doktorudur.

Beşinci çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Gənclər və idman komitəsinin üzvü olub. Əli Hüseynli Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri idi. Həmçinin Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür. O, Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər