10 mar 11:05siyaset

İlk plenar iclas başladı: Prezident MM-ə gəldi

İlk plenar iclas başladı: Prezident MM-ə gəldiBu gün VI çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

Avrasiya.net xəbər verir ki, iclasda martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında təsdiqlənən 121 deputat iştirak edəcək.

İlk iclasdan öncə Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputat korpusunun və müstəqillərin ayrılıqda qapalı toplantısı keçirilib. Onlar MM sədrliyinə və sədr müavinliyinə namizədlərini müəyyənləşdiriblər.

Belə ki, YAP MM sədrliyinə Sahibə Qafarovanın, müavinliyinə Hicran Hüseynovanın, müstəqil deputatlar isə vitse-spikerliyə Adil Əliyevin namizədliyini təsdiqləyiblər.

Milli Məclisin ilk iclasının ən yaşlı deputat Fəttah Heydərovun sədrliyi ilə saat 10:00-da başlayacağı bildirilib.

MM-in açılış sessiyasında ölkə Prezidenti İlham Əliyevin də iştirakı və çıxışı gözlənilir.

***

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

İclasa sədrliyi Fəttah Heydərov edir.

***

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrliyinə Tahir Mirkişilinin, Əmək və sosial siyasət komitəsinin sədrliyinə isə Musa Quliyevin namizədliyi irəli sürülüb.

***

Prezident İlham Əliyev iclasda iştirak edir.
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU