Sizin Reklam Burada

Putindən Ərdoğana yaşıl işıq: Ankara üçün mühüm detal

Putindən Ərdoğana yaşıl işıq: Ankara üçün mühüm detal
Liviyada Xəlifə Haftar heç bir razılaşmaya əməl etmir. Bu baxımdan Ərdoğanın Moskva görüşü çərçivəsində Putin ilə Liviya məsələsini müzakirə edəcəyi bəlli idi. Çünki Haftarın sıralarında döyüşən Rusiyanın peşəkar “Vaqner” muzdluları Türkiyəni ən çox düşündürən məqamlardan idi. “Vaqner”in dəstəyini itirmək Haftara böyük zərbə vuracaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın “Vaqner”lə bağlı Ankaraya vəd verməsi haqda açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Türkiyə üçün Liviya mövzusu Suriya qədər əhəmiyyətlidir:

“Haftar ordusunun əsas vurucu qanadını məhz bu muzdlu qüvvələr təşkil edir. “Vaqner” muzdluları peşəkar, tam təchizatlı silahlı birləşmədir. Bu mənada Ərdoğanın bu məsələni müzakirə etməsi başadüşüləndir.

Düşünürəm ki, Putin “Vaqner”in Liviyadakı fəaliyyətini tam məhdudlaşdırmasa da, lokallaşdıra və ya səngidə bilər. Hafların “Vaqner” dəstəyindən məhrum qalması isə həm Türkiyənin, həm də Liviya Razılıq Hökumətinin rəhbəri Fayez Sərracın Liviyada işini asanlaşdıracaq”.

Qeyd edək ki, R.T.Ərdoğan sözügedən məsələ ilə bağlı açıqlamasında bunları deyib:

“Rusiya bizə “Vaqner”lə bağlı bir sıra müsbət addımlar atacağı vədini verdi. Ümid edirik ki, bu müsbət addımlar reallaşacaq. Reallaşsa, həm bizim, həm də Fayez Sərracın Liviyada işi asanlaşacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər