Milli Məclisdə ishahatlar aparılacaq

Milli Məclisdə ishahatlar aparılacaq
Yeni seçilmiş Milli Məclisin ilk iclasının nə vaxt keçiriləcəyini deyə bilmərəm. Çünki hələlik bu barədə qərar qəbul edilməyib. Biz Konstitusiya Məhkəməsinin qərarını gözləyirdik.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

O qeyd edib ki, qanuna görə ilk iclas KM-nin qərarından sonrakı 7 gün ərzində keçirilməlidir:

“Bu barədə əlavə məlumat veriləcək”.

S.Mirzəyev Milli Məclisin strukturunda hansısa islahatların aparılıb-aparılmayacağına dair sualı cavablandırarkən deyib ki, hazırda bütün hakimiyyət orqanlarında islahatlar keçirilir:

“Yəqin ki, bu islahatlar Milli Məclisdə də keçiriləcək. Yəni gözlənilir”.

Bununla belə S.Mirzəyev Milli Məclisdə bəzi şöbələrin ləğv edilməsi, yeni şöbələrin yaradılması barədə qərarın hələlik qəbul edilmədiyini vurğulayıb:

“Biz bu məsələ ilə bağlı iş aparırıq. Ləğv ediləcək, yeni yaradılacaq şöbələrlə bağlı mən hələlik məlumat verə bilmərəm. Ancaq biz bu barədə fikirləşirik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər