Sizin Reklam Burada

Azay Quliyev “Nezavisimaya qazeta”nı müdafiə etdi

Azay Quliyev “Nezavisimaya qazeta”nı müdafiə etdi
ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev Rusiyanın “Nezavisimaya qazeta” nəşrini müdafiə edib.

A. Quliyev bu barədə öz "Twitter" səhifəsində yazıb.

Azay Quliyev vurğulayıb ki, Rusiya Federasiyasındakı Ermənistan səfirliyinin “Nezavisimaya qazeta”ya qarşı qaldırdığı iddiaya səbəb, nəşrin 1988-ci il Sumqayıt hadisələri barədə dərc etdiyi ifşaedici yazının erməni lobbisini təşvişə salmasıdır: “Azərbaycan ictimaiyyəti “Nezavisimaya qazeta”nın tarixi ədalətin təntənəsinə verdiyi töhfəni dəstəkləyir”.

Xatırladaq ki, “Nezavisimaya qazeta”da Lev Əsgərovun “Sumqayıt faciəsi. Bu nədən başladı və necə oldu” məqaləsi dərc edilib. Bundan sonra Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan "Moskva Talks" radiostansiyasına verdiyi müsahibədə Rusiya Baş Prokurorluğuna etnik nifrət, ksenofobiya və dini dözümsüzlük təhqiqatı ilə əlaqədar istintaqa başlanması xahişi ilə müraciət etdiyini bildirib. "Rusiya Erməniləri Birliyi" QHT-si də oxşar şikayətlə çıxış edib.
Azay Quliyev “Nezavisimaya qazeta”nı müdafiə etdi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər