Sizin Reklam Burada

QARABAĞNAMƏ

QARABAĞNAMƏToğrul Xəlilov
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əmkdaşı


Bağışla, əziz dost, son zamanlar sənə məktub yazmağa vaxtım, macalım olmayıb. Boynuma alıram ki, sənin hər il qeyd etdiyimiz “...gününü” bu dəfə az qala unutmuşdum. Lakin şükürlər olsun ki, bu baş vermədi və mən unutqanlıq üzündən sonradan çəkəcəyim vicdan əzabından qurtuldum. Bu dəfə də əvvəlki məktublarda (səhv etmirəmsə, bu mənim sayca 28-ci məktubumdur) yazdığım kimi, sənin “...gününü” necə lazımdır, bir az yaxşı çıxmasa da, “təmtəraqla” qeyd elədim.

Belə ki, səni tanıyanları başıma yığıb özəlliklərindən, alicənablığından, köklü nəsil olduğundan, mərdliyindən, çətinliyə sinə gərməyindən, ağzı bağlıda olsan da, səni sevənlərin daim qəlblərində olduğundan, hətta “qəza” nəticəsində faciəli surətdə həlak olmuş körpələrinin şəkillərini nümayiş etdirməklə səni o qədər də dərindən tanımayan gənc həmsöhbətlərə hədsiz dözümlüyündən söz açdım. Elə bilmə ki, sənə minnət qoyuram, sadəcə, bu mənim borcumdur. Bilirəm, həm sən, həm də sənin yanındakı dostlarımız bir az məndən gileylisiniz.

Çünki sənin kimi onlar da bu neçə vaxtda yazdığım məktublara cavab verməyiblər. Özümə haqq qazandırmaq istəmirəm, amma indi mənim başım bərk qarışıqdır. Sadalasam çox vaxt aparar, bircə onu deyim ki, harada, hansı işin həlli ilə məşğul olsam da, sən və dostlarımız həmişə mənim ürəyimdəsiniz, məndən umduqlarınızı isə gec-tez yerinə yetirəcəyimə əmin ola bilərsiniz. İnanın, nə sən, nə də digər dostlar unudula bilməz.

Bir misal çəkim: Bu günlərdə təsadüfən bilmişəm ki, qardaşlarım böyük çətinliklə özəlləşdirdikləri kafe, çayxana və saunaya “Laçın dağları”, “Şuşa” və “Ərgünəş” adlarını veriblər. Onların belə sədaqətli olmalarına çox sevindim, hətta bir az kövrəldim də ( Qanını qaraltmaq istəmirəm, amma yeri gəlmişkən, deyim ki, bəzi ağzıgöyçəklər qardaşlarımın bu adqoymadan mənfəət güddüklərini iddia edirlər. Belə manqurtlara nə deyəsən?).

Nə deyim! Sizə, həbsdə olan dostlara baş çəkə bilməməyimin mənə başucalığı gətirmədiyini başa düşürəm. Gəlin, siz də məni başa düşün, inciməyin, xətrinizə dəyməsin. Vallah, billah yaxın 10-15 ildə daha vacib işlərimi başa vuran kimi, ayrı təhər olmasa, LAZIM kişini də götürüb gəlmək fikrindəyəm. İncidiyinə görə cavab məktubu yazmayacağını bilirəm.

Mən heç vaxt səni unutmaram. Başqa vaxtlarda imkan olmasa da, “...günündə” hökmən məktub yazıb yeniliklərdən səni hali edəcəyəm. Darıxma, “yaman günün ömrü az olar” deyiblər.

P.S. Fikirləşirəm, kaş mümkün olaydı, sən mənim yanıma gələ biləydin, həsrətə son qoyulaydı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər