Sizin Reklam Burada

XİN və Baş Prokurorluq Xocalı faciəsilə bağlı bəyanat yaydı

XİN və Baş Prokurorluq Xocalı faciəsilə bağlı bəyanat yaydıAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Baş Prokurorluğu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.

Bəyanatda deyilir ki, fevralın 26-da Xocalı soyıqırımının 28-ci ildönümü tamam olur:

“Sözügedən təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır”.

Sənəddə bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbi qulluqçuların və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb:

"Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7 500-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1 800-dən şahid dindirilib".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər