Sizin Reklam Burada

Fərəc Quliyev seçkiyə qatılır

Fərəc Quliyev seçkiyə qatılırSeçkilər şəffaf şəkildə keçirildi.

Avrasiya.net xəbər verir ki, bu sözləri sabiq deputat Fərəc Quliyev “Yeni Müsavat”a müsahibəsində deyib. O bildirib ki, seçki zamanı baş verən qüsurlar ciddi şəkildə araşdırılıb:

“Bu seçkilərin rəsmi nəticələrinə görə deputat seçilməsəm də, bütövlükdə hesab edirəm ki, ciddi kampaniyalar aparıldı. Ölkənin imicinə zərər vurmaq istəyən qruplar var idi, təxribatlar törətmək istəyənlərin olduğu göz önündə idi, xarici ölkələr və beynəlxalq təşkilatlar əvvəlcədən mənfi rəy formalaşdırmağa çalışırdılar. Məsələn, deyirdilər ki, hazır siyahılar var. O siyahıda mənim də adımı hallandırırdılar. Məhz bununla bağlı müraciət etmişdim ki, seçki başlamamışdan əvvəl bunlar böhtandır. Deyirdilər ki, hökumət resursları seçki günü bizlərə kömək edəcək. Bunların hamısı yalan oldu”.

F.Quliyev namizəd olduğu dairədə adının “bəzi məsələlərdə” hallandırılmasından və Mehman Hüseynovla söhbətindən də danışıb:

“Namizədə rüşvət təklif etməyim barədə fikirlər səsləndirildi. Mehman Hüseynovun özü rəsmi şəkildə etiraf etdi ki, 10 saat montajla məşğul olub. Biz də bunu deyirdik ki, bu montaj materialıdır”.

F.Quliyev Mehman Hüseynovun onu “bitirdiyi” haqda yayılan təəssürata da münasibət bildirib:

“Məni kimsə bitirə bilməz. Siyasi fəaliyyətimi təbii ki, davam etdirirəm. Fəaliyyətimə zərrə qədər mane olacaq nələrsə olmadı. Doğrudur, mövsümi xarakter daşıyan bu hərəkət zərərimə işlədi. MSK yanlış qərar verməməli idi. Sosial şəbəkələrin girovuna çevrildilər. Hər bir detal araşdırılmalı idi. Adam deyir ki, ayaq üstə dura bilmirəm, analizlərdə məndə xərçəng xəstəliyi aşkar olunsa, ümumiyyətlə, seçkidən gedirəm. Belə olan təqdirdə ondan asılı nə işim qalırdı ki? Mən də, sadəcə, demişəm ki, narahat olma, sənə kömək edərik. Təəssüflər olsun ki, onun son etirafı nəticələri dəyişə bilmir”.

Bir daha Mehman Hüseynovlaqalmaqallı səs yazısında danışan F.Quliyev bildirib ki, başqa bir namizəd - Ramazan bəylə də danışmışdı:

“O, tərəfdarım kimi təbliğatıma başlamışdı, yəni namizədliyini geri götürmüşdü. Kimsə birinin yanına gedib onun səsini yazırsa, buna nə deyə bilərik? Məkanıma kimisə çağırıramsa, onun üst-başını yoxlamalıyam? Bunu heç zaman etmərəm. Adama bir türk kişisinə yaraşan təklif etmişəm ki, gedərsən, xəstəliyin aşkar olunarsa, kömək edərəm. Bundan iyrənc üsulla mənə qarşı istifadə olundusa, kimsə yenə bunu səhv sayırsa, sadəcə, subyektiv yanaşma kimi qəbul edirəm”.

F.Quliyev ləğv olunan dairələrdən birindən namizəd olacağını da bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər